Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5676/2025 28.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş İXM-in 353.2-ci maddəsi ilə cərimə edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, EQ 29333844 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş İXM-in 353.2-ci maddəsi ilə cərimə edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, EQ 29333844 nömrəli qərardan verdiyi şikayət məhkəmənin icraatına daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, etibarnamə əsasında idarə etdiyi, "xxxx" MMC-nin mülkiyyətində olan ** AD *** dövlət qeydiyyat nömrə nişanlı,Mercedes markalı yük avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 07:46 radələrində Şabran rayonu, Mollakamallı kəndi, Quba istiqaməti 129-cu km-də yerləşən elektron tərəzidən keçərkən beşoxlu avtonəqliyyat vasitəsinin çəkisinin 44370 kq qeydə alındığı və çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılaraq Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən 600 AZN məbləğində cərimə edilmişdir. Sözügedən avtomobil İmişli şəkər zavodundan 38.800 kg çəki ilə yola düşmüşdür. Qeyd etdiyi çəki ilə idarə etdiyi ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol xəritəsinə uyğun olaraq irəliləyərkən Bakı-Ələt-Astara yolunun Qaradağ qəsəbəsində quraşdırılan yeni elektron tərəzidən də keçmiş və barəsində heç bir cərimə tətbiq edilməmişdir. Bu hal tərəzilərin göstəricilərinin uyğunsuzluğunu aşkara çıxarır. Cərimə tətbiq edildikdən sonra bu barədə AYNA-ya müraciət etmişdir. AYNA cavab olaraq bildirmişdir ki, elektron tərəzi müvafiq qaydada yoxlanılmış və “Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə” alınmışdır, tərəzidə heç bir uyğunsuzluq yoxdur. Bildirir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində İXM-in 353.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29333844 nömrəli qərarın qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək və məhkəməyə yazılı vəsatət verərək bildirmişdir ki, AYNA Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi üzrə törədilən inzibati xətalara baxmaq, o cümlədən bununla əlaqədar məhkəmə proseslərində iştitak etmək səlahiyyətində deyil. Odur ki, həmin maddəyə baxmaq səlahiyyəti Azərbaycan Respublikası DİN-nə məxsus olduğundan, şikayətin müvafiq orqana yönləndirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş vəsatəti təmin edərək, nümayəndənin məhkəmə iclasında iştirakına xitam vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29333844 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 600 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu km-də (Quba istiqaməti, S2), yerləşən elektron tərəzidə 18 iyul 2025-ci il tarixində “MERCEDES” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı beşoxlu avtonəqliyyat vasitəsinin çəkisinin 44370 kq qeydə alındığı və çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında nəqliyyat vasitəsinin idarə edilməsinə görə real vaxt rejimində barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Bildirilir ki, elektron tərəzi müvafiq qaydada yoxlanılmış vəə “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə” alınmışdır. xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən görünür ki, X6 keçirilmiş baxış zamanı sürücü İntizar Səbzəliyevin idarə etdiyi nəqliyyat vasitəsinə mallar yükləndikdən sonra çıxış çəkisi 38880 kq olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri" avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsini, qabarit parametrlərini, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsini müəyyən edir. Belə ki, ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə yəhərli avtoqatarlar üçün icazə verilən ümumi çəkisi müəyyən edilmiş 40000 kq-lıq həddi aşmamalıdır. Məhkəmə iclasında şikayətçi X3 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən isə görünür ki, X3 idarə etdiyi “MERCEDES” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı beşoxlu avtonəqliyyat vasitəsi ilə 17 iyul 2025-ci il tarixdə saat 16:13:41də 16840 kq ilə giriş etmiş, 17 iyu 20250ci il tarixdə saat 20:08-də 38880 kq yük ilə çıxış etmişdir. Nəqliyyat vasitəsinin brutto çəkisi isə 16840 kq olmuşdur. Göründüyü kimi, X3 idarə etdiyi “MERCEDES” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı beşoxlu avtonəqliyyat vasitəsində olan yük norma daxilində olmuşdur. Belə olan halda X2 əməlində İXM-in 353.2-ci maddəsinin tərkibi yaranmır və məsuliyyətə cəlb oluna bilməz. İXM-nin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda xitam verilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin əməlində İXM-nin 353.2-ci maddəsinin tərkib əlaməti mövcud deyildir. . Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 29333844 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29333844 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5676/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5676/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver