Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-568/2022 14.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.2000-ci il tarixdə Tərtər rayonu, Cəmilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Tərtər rayonu, Cəmilli kəndində qeydiyyatda olan, ünvan 1 ünvannıda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12.02.2022-ci il tarixdə saat 23.40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Quba yolunun 10-cu kilometrində yerləşən “Tosoil” X3 yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı, ** ZY *** dövlət qeydiyyat nömrəli avtomobilin yanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və həmin idarəyə gətirilmiş və narkoloji tibbi yoxlamadan keçərkən Şəxs lman oğlunda OPİ (+) istifadə halları aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 14.02.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru X8 tərəfindən tərtib edilmiş 14.02.2022-ci il tarixli protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12.02.2022-ci il tarixdə saat 23.40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Quba yolunun 10-cu kilometrində yerləşən “Tosoil” X3 yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı, ** ZY *** dövlət qeydiyyat nömrəli avtomobilin yanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və həmin idarəyə gətirilmiş və narkoloji tibbi yoxlamadan keçərkən Şəxs lman oğlunda OPİ (+) istifadə halları aşkar edilmişdir.Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, cinayət işinin rədd başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Hal-hazırda o, protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu, il ərzində ilk dəfə inzibati xəta törətməsini və gənc olmasını nəzərə alaraq həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında müdafiəçi X6 təmsil etdiyi şəxs Şəxs barəsində etdiyi törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini və gənc olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, onun müdafiəçisinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 14.02.2022-ci il tarixli, 704 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 rəyinə əsasən vətəndaş Şəxs OPİOİDLƏRDƏN istifadə halları aşkar edilmişdir. İş materiallarında olan 14 fevral 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərara əsasən məlum olur ki, toplanılmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs hərəkətələrində AR İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur.Lakin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X1 14.02.2022-ci il tarixli, 704 №-li rəyinə əsasən məlum olur ki, hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi nakoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hallar kimi - onun təqsirini etiraf etməsini, səmimi peşmançılığını, il ərzində ilk dəfə inzibati xəta törətməsini və gənc olmasını nəzərə alınır. Belə ki, Elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən məlum olur k, Şəxs 2022-ci il ərzində hər hansı inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində qanunvericiliyin yol verdiyi uyğun olaraq minimum həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128- 160-cu və 206-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, onun inzibati qaydada tutulduğu tarixdən, yəni 13.02.2022-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-568/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-568/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver