Məhkəmə qərarları › İş №3(001)-568/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-568/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-568/2025 14.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Nümayəndə, zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1952-ci il tarixdə Cəlilabad rayonu, Privolnı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X2nun baş direktoru vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Nümayəndə izahatında bildirmişdir ki, icraatında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(001)-502/2024 nömrəli icra sənədinə əsasən mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 2 ünvanında yerləşən mənzildən istifadə edilməsi üçün cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X2nun vəzifəli şəxsləri tərəfindən yaradılmış bütün maneələr iddiaçıların evə girmələri və istifadə etdikləri avtomobillərinin əraziyə buraxılması üçün yaradılmış bütün maneələr aradan qaldırılmalıdır. İcra sənədi şöbənin icraatına 18 dekabr 2024-cü il tarixdə daxil olmuş və icraya yönəldilmişdir. 26 dekabr 2024-cü il tarixdə həmin ərazidə olub, akt tərtib olunmuş və İnstitutun vəzifəli şəxslərinə bu barədə inzibati məsuliyyət elan edilərək bildiriş və qərar təqdim edilmişdir. Həmçinin X2nun rəsmi müraciətindən də məlum olmuşdur ki, tərəf iddiaçıya özünün girişi-çıxışı ilə bağlı hər hansı bir maneçiliyin törədilməməsi ilə bağlı şərait yaradılmasına baxmayaraq avtomobil ilə giriş-çıxışa maneçilik yaradılmasını bir başa öz rəsmi sənədində açıq-aşkar göstərmişdir. İddia ərizəsində isə həmin əraziyə avtomobil ilə giriş-çıxışla bağlı yaranmış problemin də aradan qaldırılması göstərilmişdir. X2 isə bildirir ki, həmin ərazi xüsusi mühafizə olunan ərazidir. Ona görə də tərəfin ora giriş-çıxışlarına məhdudiyyət yoxdur, ancaq avtomobil ilə girişçıxışla məhdudiyyət vardır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Nümayəndə izahatında bildirmişdir ki, protokol tərtib edilməsinə əsas verən icra vərəqəsi artıq qüvvədə deyildir, buna dair qərardad tərəfindən əldə olunmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, onun anası yaşlı qadındır. Yeriyə bilmir və məcbur avtomobil ilə əraziyə daxil olub, onu götürür. Lakin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X2 tərəfindən bu məhdudlaşdırılmışdır. Avtomobili ilə giriş-çıxışa məhdudiyyət yaradılmışdır. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X2 tərəfindən onların piyada giriş-çıxışına hər hansı maneəçilik törədilmir və yalnız anası avtomobildə olanda əraziyə avtonobilin giriş çıxışına icazə verilir. Anası avtomobildə olmayanda isə girişə icazə vermirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul etməsini xahiş etmidir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)- 502/2024 saylı icra sənədindən görünür ki, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçılara ünvan 3 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan mənzildən istifadə edilməsi üçün cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X2nun vəzifəli şəxsləri tərəfindən yaradılmış bütün maneələr (iddiaçıların evə girmələri və istifadələrində olan avtomobilin əraziyə buraxılması üçün yaradılmış bütün maneələr) aradan qaldırılmalıdır. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixli, e-16(001)-502/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(001)- 33/2025 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(001)- 33/2025 saylı qərardadından görünür ki, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçılara ünvan 3 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan mənzildən istifadə edilməsi üçün cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X2nun vəzifəli şəxsləri tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, yəni iddiaçıların və ailə üzvlərinin avtomobilsiz sərbəst girib-çıxmalarına icazə verilməsi, yalnız iddiaçı X1 institutun ərazisinə giriş-çıxışına zərurət yarandıqda avtomobilin institutun həyətinə daxil olmasına və çıxışına icazə verilməsi qət edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-502/2024 saylı məhkəmə aktı əsasında verilmiş icra sənədində göstərilmiş tələbin yerinə yetirilməməsi ilə bağlı tərtib olunmuşdur. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(001)-33/2025 saylı qərardadı ilə icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərardadı ləğv edilmiş və həmin mülki iş üzrə xx.xx.2025-ci il tarixli yeni qərardad qəbul edilmişdir. Həmin qərardadla isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X2nun vəzifəli şəxsləri tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, yəni iddiaçıların və ailə üzvlərinin avtomobilsiz sərbəst girib-çıxmalarına icazə verilməsi, yalnız iddiaçı X1 institutun ərazisinə giriş-çıxışına zərurət yarandıqda avtomobilin institutun həyətinə daxil olmasına və çıxışına icazə verilməsi qərara alınmışdır. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan aydın olur ki, iddiaçıların inistutun ərazisindən avtomobilsiz istifdəsinə hər hansı maneə mövcud deyildir, yalnız X5 avtomobildə olduğu halda avtomobil inistutun ərazsinə daxil ola bilər. Göründüyü kimi barəsində icraat aparılan Şəxs hazırda qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(001)-33/2025 saylı qərardadında göstərilənləri icra etməməsi müəyyən edilmir. “İcra haqqında” Azərbaycan Respublikas Qanununun: 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin gəldiyi qənaətə görə icra sənədinin verilməsi üçün əsas olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-502/2024 saylı qərardadı ləğv edildiyindən icra sənədi üzrə icraata xitam verilməlidir. Xitam verilmiş icra sənədi üzrə isə hər hansı icra hərəkətlərinin həyata keçirilməsi yol verilməzdir. Belə olan halda, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)- 502/2024 saylı icra sənədi üzrə icra hərəkətlərinin edilməsi, yəni borcludan tələbin yerinə yetirilməsini tələb etmək qanunsuzdur. İXM-nin 528.1-ci maddəsində də nəzərdə tutulmuş icra sənədi anlayışı mütləqdir ki, dayandırılmış yaxud xitam verilmiş icra sənədi üzrə icraat çərçivəsində tələbin (yaxud həmin icra işlərinə münasibətdə digər qanuni tələblərin) yerinə yetirilməməsini nəzərdə tutmur. Odur ki, xitam verilməsi əsası mövcud olan icra sənədi üzrə icraatda borcludan icra sənədindəki tələbin yaxud icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməsi tələb edilə bilməz. Tələb edilərsə belə, həmin tələblərin borclu tərəfindən yerinə yetirilməməsi İXMnin 528.1-ci maddəsi ilə məsuliyyətə səbəb olan hərəkət kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən Şəxs əməlində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaranması üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlar Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini istisna edir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar