Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5686/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Binəqədi rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X1 tərəfindən 28 sentyabr 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərəkbaxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, barəsində tərib edilmiş inzibati icraata başlamaq haqqında qərarda göstərilənlərlə razılaşmır və həmin qərardan məlumatsız olmuşdur. Qeyd edilən qərar barədə yalnız məhkəmə iclasına dəvət edilən zaman məlumatı olmuşdur. Həmin qərarda göstərildiyi kimi qanunsuz sahibkarlıq fəaliyyətindən 5000 manat qazanc əldə etməmişdir. Belə ki, 2024-cü ilin iyun ayında Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 40 ünvanında yerləşən sexin sahibi kimi tanıdığı Hüseyn Abdullayev adlı şəxslə tək tirli kranın quraşdırlması ilə bağlı aralarında razılığın olması doğrudur. Həmin razılığa əsasən tək tırlı kranın quraşdırılması üçün alınacaq mal materialın və zəhmət haqqı kimi ümumilikdə 17000 manata razılaşmışlar. Razılığa əsasən mal materialı o almalı idi. Ona ümumilikdə 5000 manat pul vəsaiti verilmiş, o da həmin vəsaitə tir kranı alaraq sexə gətirmişdir. Həmin kranını iş sahibi Abdullayev Hüseyn özü köhnə bir idarədən tapmış və ona həmin kranını alıb gətirib quraşdırmağı tapşırılmışdır. X4 tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə də tətbiq edilmişdir. Avans olaraq aldığı 5000 manata da avadanlıq alıb sexə gətirmiş və həmin iş görə hər hansı məbləğdə gəlir eldə etməmişdir. Qeyd edilən avadanlıq da iş sahbinə təqdim edilmişdir. Lakin sonradan aralarında olan razılıq pozulmuş və həmin avadanlığın quraşdırılması da baş tutmamışdır. Həmin avadanlığın alınması barədə hər hansı rəsmi sənəd yoxdur çünki həmin kranı qara bazardan iş sahibinin göstərişi əsasında alınmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, prokuroluqda olan araşdırma işçinin xəsarət alması ilə əlaqədar olmuş, orda prokuroluq əməkdaşı tərəfindən kompyuter vasitəsi ilə tərtib edilmiş bir sənədə imza atması tələb edilmiş, o da həmin sənədləri oxumadan imzalamışdır. Onun araşdırma zamanı əmək haqqı kimi pul vəsaiti alması, qeyd edilən işdən 5000 manat qazanc əldə etməsi barədə hər hansı izahat verməsi mümkün deyildir. Çünki həmin fəaliyyətdən hər hansı qazanc əldə etməmiş, avans kimi verilmiş 5000 manata da kran alaraq sexə gətirmişdir. Hüseyn Abdullatev də özü işlərin görülməsi üçün 5000 manat avans verdiyini qeyd etmişdir. Qeyd edilən avadanlıq hazırda da həmin sexdədir. X3 özü də təsdiq edə bilər. Sexdə müşahidə kameraları da mövcuddur ki həmin kameralara baxmaqla da qeyd edilən kranın sexə gətirilməsi müəyyən edilə bilər. Həmin kranın alınması üçün rəsmi sənədi olmasa da aldığı yeri və şəxsi göstərə bilər və hansı qiymətə aldığını müəyyən etmək mümkündür. Bir daha qeyd edir ki, həmin işə görə hər hansı gəlir əldə etməmişdir. Qeyd edilənləri nəzərə alaraq ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Binəqədi rayon prokurorluğuna qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmənin üzürlü səbəbləri barədə məhkəməyə vəsatət verilməmişdir. Odur ki, məhkəmə işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə qərarı və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və məhkəmə baxışı zamanı tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu Məcəllənin 398, 401.1, 401.2, 402, 406-409, 411-413, 415, 428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın zəruri tərkib əlaməti kimi qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ziyanın vurulması və ya gəlirin əldə edilməsi nəzərdə tutulmuşdur. Bu zaman vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı əməlin inzibati və ya cinayət məsuliyyətinə səbəb olmasının müəyyən edilməsi üçün zəruri şərtdir. Digər tərəfdən maddənin sanksiyasında tətbiq ediləcək cərimə də vurulmuş ziyanın (əldə edilmiş gəlirin) misli ilə müəyyən edilmişdir. Belə olan halda vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı müəyyən edilmədən ümumiyyətlə inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Hazırkı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, Şəxs ünvan 1 ünvanında yerləşən sexdə sənaye kranının quraşdırılması işlərinin müqabilində 5000 manat qazanc əldə edərək sahibkarlıq fəaliyyətini həyata keçirməklə AR İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə iclasında Şəxs iş materiallarında olan izahatın onun tərəfindən verilmədiyini, həmçinin heç bir qazanc əldə etmədiyini bildirmişdir. Məhkəməyə təqdim olunmuş materialda barəsində icraat aparılan şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması, bu fəaliyyət nəticəsində gəlir əldə edib-etməməsi, həmin gəlirin miqdarı barədə mötəbər sübutlar mövcud deyildir. Şəxs məhkəmə iclasında işlərin görülməsi üçün 5000 manat avans aldığını, həmin vəsaitə də qara bazardan tək tirli kran alaraq sexə gətirdiyini, həmin fəaliyyətdən hər hansı qazanc əldə etmədiyini, aldığı kranın sexə gətirilməsini sexdə olan müşahidə kameralarına baxılmaqla müəyyən edilə biləcəyini, eyni zamanda aldığı avadanlığın rəsmi sənədi olmadığını, qara bazardan alsa da aldığ yeri və şəxsi göstərə biləcəyini, həmin kranın hansı qiymətə alındığınmın müəyyən edilə biləcəyini qeyd etmişdir ki, barəsində icraat aparılan şəxsin qeyd etdiklərini inzibati araşdırma aparılarkən araşdırılmamış, həmin hallar yoxlanılmamış, sadəcə şəxsin avans kimi aldığı 5000 manat vəsait qanunsuz sahibkarlıq fəaliyyətindən əldə etdiyi qazanc kimi qiymətləndirilərək qərar baxılması üçün məhkləməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, şəxsin vergi uçotuna durmadan əldə etdiyi qazancın məbləğini müəyyən etmək üçün onun aldığı 5000 manat avansa həqiqətən kran alınaraq sexə gətirilib gətirilməməsi, həmin kranın hansı qiymətə alınması, çəkilmiş digər xərclərin olub olmaması müəyyən edilməlidir. Belə olduğu təqdirdə məhkəmə belə qənaətə gəlir ki, barəsində icraat aparılan şəxsin göstərdiklərininin araşdırılması məhkəmə icraatı zamanı mümkün olmadığından həmin halların əlavə olaraq araşdırılması üçün material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar əlavə araşdırıma aparılması üçün Binəqədi rayon prokurorluğuna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında 28 iyun 2024-cü il tarixli qərar hazırkı qərardadın təsviri əsaslandırıcı hissəsində göstərilənlərin əlavə araşdırılması üçün Binəqədi rayon prokurorluğuna geri qaytarılsın. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5686/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5686/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver