Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-569/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs: Şəxs, AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov, ev 3, mənzil 33, VÖEN: ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli, 00100-02733/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasıdan 39E45710/39E45810 nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərindəki TCNU ******* nömrəli konteynerdə ******* nömrəli xx.xx.2022-ci il tarixli invovs sənədi ilə daxil olmuş yük Bakı Baş Gömrük İdarəsində **********6040 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. xx.xx.2022-ci il tarixdə 39E45710/39E45810 nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərindəki TCNU ******* nömrəli konteynerdə daxil olmuş yükə gömrük yoxlaması keçirilmişdir. Gömrük yoxlaması həyata keçirilən zamanı yükü müşaiyət edən sənədlərdə CMR, ******* nömrəli xx.xx.2022-ci il tarixli invoys və **********6040 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan olunmayan 17 ədəd M 1 markalı elektriklə çalışan moped aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi inzibati xəta tərkibi yaradır. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi olan X1 xx.xx.2022-ci il tarixdə izahatı alınmış, izahatında bildirmişdir ki, gömrük bəyannaməsi buraxılışa verildikdən sonra tərəfimizdən idxal edilmiş mallara gömrük yoxlaması həyata keçirilərkən 39E45710/39E45810 nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərindəki TCNU ******* nömrəli konteynerdə gömrük bəyannaməsində bəyan olunmayan 17 ədəd M 1 markalı elektriklə çalışan moped olduğu aşkar edilmişdir. Həmin bəyan olunmayan 17 ədəd M 1 markalı elektriklə çalışan moped göndərən şirkət tərəfindən Şəxs MMC-yə məlumat verilmədən göndərildiyi üçün gömrük orqanına həmin yük bəyan etmədiklərini bildirmişdir. Gömrük yoxlaması həyata keçirilərkən aşkar edilmiş bəyan olunmayan 17 ədəd M 1 markalı elektriklə çalışan moped yükü qanunamüvafiq qaydada rəsmiləşdirmək niyyətində olduqlarını bildirmişdir. Araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan 17 ədəd M 1 markalı elektriklə çalışan mopedin hər birinin ayrı-ayrılıqda və ümumilikdə xx.xx.2022ci il tarixə orta bazar qiymətinin öyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından “əmtəəşünaslıq” ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən 1400-013/0xx-xx/009951 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/9148 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd M 1 markalı elektriklə çalısan pedallı mopedin orta bazar qiyməti təxminən 350.00 manat, 17 ədədinin qiyməti isə 5950.00 manat müəyyən edilmişdir. Beləliklə, ümumilikdə 5950.00 manat olan gömrük orqanına bəyan edilməyən faktına görə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Şəxs nümayəndəsi Qurban Əliyev izahat verərək bildirdi ki, gömrük bəyannaməsi buraxılışa verildikdən sonra tərəfimizdən idxal edilmiş mallara gömrük yoxlaması həyata keçirilərkən 39E45710/39E45810 nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərindəki TCNU ******* nömrəli konteynerdə gömrük bəyannaməsində bəyan olunmayan 17 ədəd M 1 markalı elektriklə çalışan moped olduğu aşkar edilmişdir. Həmin bəyan olunmayan 17 ədəd M 1 markalı elektriklə çalışan moped göndərən şirkət tərəfindən Şəxs MMC-yə məlumat verilmədən göndərildiyi üçün gömrük orqanına həmin yük bəyan edilməmişdir. Deyilənlərin nəzərə alınaraq cəmiyyət barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00100- 02733/22 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasıdan 39E45710/39E45810 nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərindəki TCNU ******* nömrəli konteynerdə ******* nömrəli xx.xx.2022-ci il tarixli invovs sənədi ilə daxil olmuş yük Bakı Baş Gömrük İdarəsində **********6040 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. xx.xx.2022-ci il tarixdə 39E45710/39E45810 nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərindəki TCNU ******* nömrəli konteynerdə daxil olmuş yükə gömrük yoxlaması keçirilmişdir. Gömrük yoxlaması həyata keçirilən zamanı yükü müşaiyət edən sənədlərdə CMR, ******* nömrəli xx.xx.2022-ci il tarixli invoys və **********6040 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan olunmayan 17 ədəd M 1 markalı elektriklə çalışan moped aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokoldan və aktdan görünür ki, 39E45710/39E45810 dövlət nömrə mişanlı avtomaşının üzərindəki TCNU ******* mömrəli konteynerdə daxil olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********6040 saylı GB-də bəyan olunmayan 17 ədəd M 1 markalı elektriklə çalışan moped aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli **********6040 sorğu nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasından görünür ki, idxal edilən mallar “velosipedlər üçün rezin təkərlər” mənşə ölkəsi Çin Xalq Respublikası olmaqla bəyan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9148 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş gömrük xərcləri nəzərə alınmış 1 ədəd “M1” markalı elektriklə işləyən, pedallı mopedin orta bazar qiyməti təxminən 350,00 manat, 17 ədədinin qiyməti isə 5950,00 manat müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, hüquqi şəxsin nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə qeyd olunanlara əsasən inzibati xətanı törədən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi miqdarında tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat Şəxs MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi miqdarında – 2380 (iki min üç yüz səksən) manat məbləğdə cərimə edilsin. (cərimə hesabı: müştərinin adı: BBGİ (cərimə); Hesab №:AZ49CTRE**********0002248475; Vöen: **********; DXA Kodu: 210005; Vöen: **********; Müxbir hesab: AZ41NABZ013601**********3944; S.W.İ.F.T: CTREAZ22; Büdcə Təsnifatının kodu: 142533; Büdcə səviyyəsinin kodu: 7, ödənişin təyinatı 3(001)-569/2023, xx.xx.2023) Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Şəxs MMC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAAZ22) köçürülsün. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-569/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-569/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver