Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-571/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi X2 iclas katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 485.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 485.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair № 00100-00216/23 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ŞəxsMMC-nin ünvanına daxil olmuş yük **********2680 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin Şəxs MMC tərəfindən təqdim olunan **********5497 nömrəli qısa idxal bəyannaməsinin 22ci qrafasında invoys dəyəri qeyd olunmamış, 35-ci qrafasında brutto çəki 730.88 kq, 38-ci qrafasında netto çəkisi 704.78 kq qeyd edilmiş, **********2680 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında isə invoys dəyəri 789.97 avro, 35-ci qrafasında brutto çəki 1671.65 kq, 38-ci qrafasında netto çəki 1619.45 kq qeyd edilmişdir ki, bu da **********2680 sorğu nömrəli gömrük bəyannaməsin 22-ci, 35-ci və 38-ci qrafaları arasında uyğunsuzluq təşkil edir.Belə ki, Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar veilmişdir.Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin tələbləri pozulmuşdur.Ona görə də, xx.xx.2023-cü il tarixdə Şəxs MMC barəsində 00100-00216/23 saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə kİ, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00216/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar veilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursundan avtomobil ilə daşınan mallara dair çıxarışdan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə saat 19:24 radələrində 63803035 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********5497 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl, gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Həmçinin, **********5497 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında invoys dəyəri qeyd olunmamış, 35-ci qrafasında brutto çəki 730,88 kq, 38-ci qrafasında netto çəkisi 704,78 kq qeyd edilmiş, **********2680 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında isə invoys dəyəri 789,97 avro, 35-ci qrafasında brutto çəki 1671,65 kq, 38-ci qrafasında netto çəki 1619.45 kq qeyd edilmişdir ki, bu da **********2680 sorğu nömrəli gömrük bəyannaməsin 22-ci, 35-ci və 38-ci qrafaları arasında uyğunsuzluq təşkil edir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar veilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda,mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə,vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan ŞəxsMMC-nin ünvanına daxil olmuş yük **********2680 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin Şəxs MMC tərəfindən təqdim olunan **********5497 nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında invoys dəyəri qeyd olunmamış, 35-ci qrafasında brutto çəki 730.88 kq, 38-ci qrafasında netto çəkisi 704.78 kq qeyd edilmiş, **********2680 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında isə invoys dəyəri 789.97 avro, 35-ci qrafasında brutto çəki 1671.65 kq, 38-ci qrafasında netto çəki 1619.45 kq qeyd edilmişdir ki, bu da **********2680 sorğu nömrəli gömrük bəyannaməsin 22-ci, 35-ci və 38-ci qrafaları arasında uyğunsuzluq təşkil edir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMnin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 250 (iki yüz əlli) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-571/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-571/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver