Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-572/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Dövlət-Tibbi Sosial Ekspertiza və X2 Heyətinin sədri Şəxs nümayəndəsi X1 iştirakı ilə, Dövlət-Tibbi Sosial Ekspertiza və X2 Heyətinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Dövlət- Tibbi Sosial Ekspertiza və X2 Heyətinin sədri Şəxs barəsində İXM-in 528.1-cı maddəsi ilə tərtib olunmuş 09.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2017-ci il tarixli, 2-1(81)-3445/2017 nömrəli icra sənədinə əsasən Zərərçəkmiş şəxs müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir. həmin icra sənədi 01 fevral 2019-cu il tarixdə verilmiş və icra şöbəsi tərəfindən 18 fevral 2019-cu il tarixdə icraat başlanmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq, səlahiyyətli qurum tərəfindən tələb üzrsüz səbəbdən icra edilmədiyi üçün, Dövlət-Tibbi Sosial Ekspertiza və X2 Heyətinin sədri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, qeyd olunan qurumun İdarə Heyətinin sədri Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qəra qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X7 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2017-ci il tarixli, 2- 1(81)-3445/2017 nömrəli icra sənədinə əsasən Zərərçəkmiş şəxs müharibə əlilləri kateqoriyasına aid edilməsi qət edilmiş və həmin vəzaifə Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir. Lakin dörd ildir ki, həmin qurum tərəfindən tələb icra olunmadan qalır. Qurum həmin icra sənədinin icra edilməməsi üzrə Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş və 16.01.2020-ci il tarixdə qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda müharibə əlilləri kateqoriyasının olmaması, 22.04.2015-ci il və 22.04.2016-cı il tarixlərdə təyin olunan əlilliyin səbəbinin “hərbi xidmət dövrü ilə əlaqədar” olara göstərilməsini və Zərərçəkmiş şəxs hazırda əlilliyinin mövcud olmadığından onun əlillik dərəcəsinin dəyişdirilməsinin mümkün olmamasını bəhanə gətirmişdir. Halbuki, həmin xüsusatlar əsassızdır və icra sənədinin icrasını mümkünsüz edə bilməz. Çünki, Zərərçəkmiş şəxs ilk əvvəl “hərbi xidmət dövrü ilə əlaqədar” olaraq pensiya ödənilmişdir. Sonra isə xəstəlik nəticəsində təxris olunmuş və onun kateqoiyası “müharibə əlilləri” kateoriyasına aid edilmişdir. Göründüyü kimi, qurumun göstərdiyi xüsusatlar sənədinin icrasından yayınmaq üçün. Ona görə də, məhkəmədən borclunun inzibati qaydada məsuliyyətə cəlb edlməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Dövlət- Tibbi Sosial Ekspertiza və X2 Heyətinin sədri Şəxs nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2017-ci il tarixli, 2-1(81)- 3445/2017 nömrəli icra sənədinin icrası quruma həvalə edilsə də, icra sənədinin icrası mümkünsüzdür. Çünki həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda “Müharibə əlilləri” kateqoriyası mövcud olmamışdır. Həmçinin hazırda Zərərçəkmiş şəxs əlilliyi mövcud deyildir və belə olan halda lillik səbəbinin dəyişdirilməsi onların imkanı xaricindədir. Bununla bağlı icra məmuruna yazılı şəkildə etirazlarını bildirmişlər. Tələbkar tərəfə isə dəfələrlə bu barədə məlumat verilmişdir. Odur ki, Dövlət-Tibbi Sosial Ekspertiza və X2 Heyətinin sədri Şəxs əməlində inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2017-ci il tarixli, 2-1(81)- 3445/2017 nömrəli icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir. 18.02.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dövlət- Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti barəsində olan icra işi üzrə icraata başlanılmış və quruma tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. 09.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2017-ci il tarixli, 2-1(81)- 3445/2017 nömrəli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsinin Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir. Lakin icra sənədi üzrə tələb təmin edilmədiyindən və icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyindən qurumun rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tsek müayinələrinə dair portal çıxarışlarından görünür ki, Zərərçəkmiş şəxs 22.04.2015-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” 1 illik İİ dərəcəli əlillik verilmiş, 22.04.2016-cı il tarixdə sonuncunun həmin əlillik dərəcəsi 5 il müddətə uzadılmış, 20.04.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs əlilliyi mövcud olmadığından, əlavə müalicəyə ehtiyac duyulmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında toplanmış sübutlarla hərtərəfli və əhatəli şəkildə tədqiq edərək hesab edir ki, Dövlət-Tibbi Sosial Ekspertiza və X2 Heyətinin sədri Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab etmişdir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Halbuki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2017-ci il tarixli, 2-1(81)- 3445/2017 nömrəli icra sənədi ilə Zərərçəkmiş şəxs müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş tələb sözügedən qurumun öz iradəsi səbəbindən icrasız qalmamışdır. Çünki nə icra sənədinin qəbul edildiyi dövrdə qüvvədə olan Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də, nə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda “Müharibə əlilləri” kateqoriyası deyilən hər hansı bir kateqoriya mövcud olmamışdır ki, Zərərçəkmiş şəxs həmin kateqoriyaya aid edilsin. İş materiallarından da müəyyən edildiyi kimi, Zərərçəkmiş şəxs 22.04.2015-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” 1 illik İİ dərəcəli əlillik verilmiş, 22.04.2016-cı il tarixdə isə həmin əlillik dərəcəsi 5 il müddətə uzadılmışdır. 20.04.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs əlillik müddəti bitmiş və əlavə müalicə keçirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzim edir. Şəxsin əlilliyi isə həmin Qaydada göstərilən səbəblərə əsasən müəyyən edilir. Bu səbəblər ümumi və xüsusi səbəblərə ayrılmaqla, hər birinin kateqoriyaları mövcuddur. Qaydaya əsasən “ümumi xəstəlik”, “istehsalat zədəsi”, “peşə xəstəliyi”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”, ”hərbi xidmət dövrü ilə əlaqədar”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “terror hadisəsi ilə əlaqədar” şəxsin əlilliyinin ümumi səbəbi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar”, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar,” “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar”, “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” isə şəxsin əlilliyinin xüsusi səbəbi kimi göstərilmişdir. Qeyd olunanlardan göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2017-ci il tarixli, 2-1(81)-3445/2017 nömrəli icra sənədi ilə Zərərçəkmiş şəxs aid edilməsi müəyyən edilmiş müharibə əlilləri kateqoriyası əvvəllər də mövcud olmamış, hazırda da belə kateqoriya qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2017-ci il tarixli, 2-1(81)-3445/2017 nömrəli icra sənədi üzrə borclunun tələbi üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 09.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Dövlət-Tibbi Sosial Ekspertiza və X2 Heyətinin sədri Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 09.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-572/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-572/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver