Məhkəmə qərarları › İş №3(001)-5730/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5730/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5730/2024 07.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Laçın rayonu, Malıbəy kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Laçın rayonu, Malıbəy ərazi dariəsi, Malıbəy kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X1 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidmətinin əməkdaşları xidmət aparan zaman Şəxs küçədə yüksək səs tonu ilə nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. PPX əməkdaşları Şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi nizamintizama əməl etməyə dəvət etmişlər. Lakin Şəxs polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq öz analoji hərəkətlərini davam etdirmiş, həmçinin polis əməkdaşları ilə mübahisə etmişdir. Əməkdaşlar şəxsi avtopatrula əyləşdirib polis bölməsinə gətirmişlər və şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, özünü təqsirli hesab edir, istinad edilən əməl həqiqətən onun tərəfindən törədilmişdir. Belə ki, o, dostu ilə söhbət edən zaman sərxoş olduğu üçün nalayaq ifadələr işlətmişdir. Lakin həmin ifadələri polis əməkdaşlarına qarşı işlətməmişdir. Polislər ona yaxınlaşıb, özlərini təqdim edib, onu sakitləşdirməyə çalışmışlar. Bu zaman o polislərlə sözlü mübahisə etmişdir. Həmçinin əvvəlcə bölməyə aparılmağına da etiraz etmiş, daha sonra isə razılaşaraq gəlmişdir. Bölmədə olan zaman sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmışdır. Əməlindən peşman olduğunu, polis əməkdaşlarından üzr istədiyini qeyd edərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X2 izahatında bildirmişdir ki, xx.xx.2024cü il tarixdə xidmətdə olan zaman Şəxs bir nəfər şəxslə söhbət edərək nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. Həmin şəxslərin nalayiq ifadələr işlətdiyi yer insanların gür gedib-gəldiyi yer idi. Şəxs yaxınlaşıb, özlərini təqdim etmişlər və sonuncunu nizamintizama əməl etməyə çağırmışlar. Lakin Şəxs onların tələbinə məhəl qoymamış, yenidən analoji hərəkətlərini davam etdirməklə yanaşı onlarla da mübahisə etməyə başlamışdır. Odur ki, Şəxs qanuni tələbə qəsdən tabe olmadığı üçün inzibati xəta haqqında protokol tərtib edilməsi üçün avtopatrul maşınına əyləşdirilərək polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin Post -patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Şəxs insanların gedib-gəldiyi yerdə nalayiq ifadələr işlətməsini müşahidə etmişlər. Şəxs özlərini təqdim edərək sonuncunu sakitləşdirməyə çalışmışlar. Lakin Şəxs hərəkətlərini dayandırmamış, hətta onlarla da mübahisə etməyə başlamışdır. Bundan sonra şəxs tərəflərindən 6-cı polis bölməsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 06 oktyabr 2024-cü il tarixli, AZA 018917 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:20-də inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri Şükürov Aydın, Muradzadə Murad, Əliyev Allahverdi tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:05 radələrində 26 Patrul sahəsində xidmət apararkən Şəxs yüksək səs tonuyla nalayiq ifadələr işlətdiyini görmüşlər və onu intizama dəvət etməklərinə rəğmən nəlayiq ifadələrə davam edərək onların qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Bu zaman Şəxs AP6470-ə əyləşdirərək 6-cı Polis Bölməsinə aparılmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs nalayiq ifadələr işlətməsi polis əməkdaşları tərəfində müşahidə edilmiş və polis əməkdaşları Şəxs sakitləşməyə çalışdırmışlar. Lakin Şəxs analoji hərəkətlərini davam etdirmiş, həmçinin polis əməkdaşları ilə də mübahisə etmişdir. Göründüyü kimi Şəxs insanların sıx olaraq gedib-gəldiyi ərazidə qeyri-etik ifadələr işlətməmək barədə yönələn tələb qanuni olmuşdur, lakin sonuncu analoji hərəkətlərini davam etdirməklə, həmçinin polis əməkdaşları ilə mübahisə etməklə polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da İXMın-n 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport, şahid ifadələri, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 31.2.1-ci maddəsinə uyğun olaraq Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs əməlindən peşman olması sadəcə onun sözlərində ifadə olunmur, o, istər ilkin izahatında, istərsə də məhkəmə iclasında vermiş olduğu izahatında səmimi ifadə verib, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu sübut etmişdir. Məhkəmə İXM-nin 33.1.7-ci maddəsinə uyğun olaraq inzibati xətanın sərxoş vəziyyətdə törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulmasını nəzərə alaraq onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldanda göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixdə saat 20:20-də inzibati qaydada tutulmuş, bundan sonra azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar