Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5739/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə X1 Dövlət Miqrasiya Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayətdən görünür ki, X1 yaşayış yeri (yazışmaların aparılması üçün ünvan) şikayətdə göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Göründüyü kimi, qanun hakimin üzərinə icraatında olan inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına inzibati xəta haqqında iş üzrə sənədlərin (qərarlar, qərardadlar, protokollar, bildirişlər) sifarişli poçt göndərişi ilə çatdırılması və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilməsi vəzifəsini qoymuşdur. Məhkəməyə müraciət etmiş inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısının yaşayış yerini (yazışmaların aparılması üçün ünvanı) şikayətdə göstərməməsi isə bu vəzifəni həyata keçirməyə, yəni inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısına inzibati xəta haqqında iş üzrə sənədlərin sifarişli poçt göndərişi ilə çatdırılması və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilməsini mümkünsüz edir. Bundan başqa, xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta hüquqi şəxs ARSİ GROUP” MMC-in hüquqi ünvanının olduğu yer üzrə törədilmişdir. Hüquqi şəxs ARSİ GROUP” MMC-in hüquqi ünvanı isə Binəqədi rayonu ərazisi deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə olan halda (vəsatət olmadığı) aydın olur ki, X3 sözügedən şikayətlə inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.2-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasını istisna edən hallar mövcud olub-olmadığını həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərardan verdiyi şikayət geri qaytarılsın. X2 izah edilsin ki, sözügedən şikayətinə yaşayış yerini (yazışmaların aparılması üçün ünvanı) əlavə etməklə yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ var. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5739/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5739/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver