Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-574/2021 25.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu X1 barəsində tərtib olunan İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi ərizəyə baxaraq, MÜƏYYƏN ETDİM : Binəqədi Rayon Məhkəməsinin icraatına X1 barəsində tərtib olunan İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi ərizə daxil olmuşdur. Məhkəmə iş materialını araşdıraraq X1 Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etməsində inzibati qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də hesab edir ki, ərizə icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. X2 tərəfindən ərizə tərtib edilərkən forma və məzmun tələblərinə riayət edilməmiş, məhkəməyə şikayətlə müraciət edilməli olduğu təqdirdə ərizə ilə müraciət edilmişdir. Ərizədə şikayət olunan qərarın nömrəsi və tarixi qeyd olunmamış və qərar şikayətə əlavə edilməmişdir. Qərar şikayətə əlavə olunmadığı üçün məhkəmə işi icraata qəbul edən vaxt qərarın qüvvədə olub-olmamasını müəyyən edə bilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunan İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi ərizənin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində tərtib olunan İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi ərizə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-574/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-574/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver