Məhkəmə qərarları › İş №3(001)-574/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-574/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-574/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-in nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs MMC, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Binəqədi şossesi, ev 195C, VÖEN: ********** Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 483-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2022-ci tarixdə alınmış məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilən **********2895 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 295,30 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından Türkiyə Respublikasında fəaliyyət göstərən “X3 Ve Tic. LTD. ŞTİ." şirkəti ilə arasında bağlanılmış 101/17 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə üzrə aparılan ixrac əməliyyatı ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 295,30 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Türkiyə Respublikasında fəaliyyət göstərən “X3 Ve Tic. LTD. ŞTİ.” şirkəti ilə arasında bağlanılmış 101/17 nömrəli xx.xx.2017ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2017-ci il tarixdə **********2895 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 295,30 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 295,30 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən “X3 Ve Tic. LTD. ŞTİ,” şirkəti ilə arasında bağlanılmış 101/17 nömrəli xx.xx.2017-ci il tarixli müqaviləyə istinad etməklə 01 gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 295,30 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Şəxs MMC tərəfindən bağlanan 101/17 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 502,06 manat təşkil edən 295,30 ABŞ dolları xarici valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri öz təsdiqini tapmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X4 bildirmişdir ki, 11 sentyabr 2017-ci il tarixdə Şəxs MMC ilə X3 ve Tic.Ltd.Şti. arasında inşaat materialları nümunələrinin sınaq testlərinin aparılması barədə 101/17 №-li xidmət müqaviləsi bağlanmışdır. Bu məqsədlə 45.32 ABŞ dolları məbləğində müxtəlif növ tikinti materialları nümunələri Türkiyə Respublikasının İstanbul şəhərinə göndərilmişdir. xx.xx.2017-ci il tarixli 65/17 №-li invoysdan göründüyü kimi ixrac edilən 15 adda inşaat materiallarının dəyəri 45.30 ÄBŞ dolları, daşınma xərci isə 250 ABŞ dolları təşkil etmişdir. Gömrük rəsmiləşdirilməsi aparılarkən xidmət müqaviləsinin predmetinə uyğun olaraq xx.xx.2017-ci il tarixli 65/17 saylı invoysda sınaq testi üçün göndərilən inşaat materialları nümunələrinə görə ödəniş edilməyəcəyi qeyd edilmiş və bu səbəbdən ixrac edilən 45,30 ABŞ dolları dəyərində inşaat materiallarına görə ödəniş edilməmişdir. Həmin invoysa həm xx.xx.2017-ci il tarixli mənşə sertifikatında, həm də xx.xx.2017-ci il tarixli CMR-də istinad edilmişdir. Göründüyü kimi cəmiyyət heç bir xarici iqtisadi fəaliyyət həyata keçirməmişdir. Deyilənlərin nəzərə alınaraq cəmiyyət barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC–nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilən **********2895 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 295,30 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından Türkiyə Respublikasında fəaliyyət göstərən “X3 Ve Tic. LTD. ŞTİ." şirkəti ilə arasında bağlanılmış 101/17 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə üzrə aparılan ixrac əməliyyatı ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 295,30 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Türkiyə Respublikasında fəaliyyət göstərən “X3 Ve Tic. LTD. ŞTİ.” şirkəti ilə arasında bağlanılmış 101/17 nömrəli xx.xx.2017-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2017-ci il tarixdə **********2895 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 295,30 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 295,30 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 11 sentyabr 2017-ci il tarixdə Şəxs MMC ilə X3 ve Tic.Ltd.Şti. arasında inşaat materialları nümunələrinin sınaq testlərinin aparılması barədə 101/17 №-li xidmət müqaviləsi bağlanmışdır. Bu məqsədlə 45.32 ABŞ dolları məbləğində müxtəlif növ tikinti materialları nümunələri (tebii qum, ağ sement, sönmüş əhəng, sementlər, inşaat məhlulları və ya betonlar üçün hazır əlavələr) Türkiyə Respublikasının İstanbul şəhərinə göndərilmişdir. xx.xx.2017-ci il tarixli 65/17 №-li invoysdan göründüyü kimi ixrac edilən 15 adda inşaat materiallarının dəyəri 45.30 ÄBŞ dolları, daşınma xərci isə 250 ABŞ dolları təşkil etmişdir. Gömrük rəsmiləşdirilməsi aparılarkən xidmət müqaviləsinin predmetinə uyğun olaraq xx.xx.2017-ci il tarixli 65/17 saylı invoysda sınaq testi üçün göndərilən inşaat materialları nümunələrinə görə ödəniş edilməyəcəyi qeyd edilmiş və bu səbəbdən ixrac edilən 45,30 ABŞ dolları dəyərində inşaat materiallarına görə ödəniş edilməmişdir. Həmin invoysa həm xx.xx.2017-ci il tarixli mənşə sertifikatında, həm də xx.xx.2017-ci il tarixli CMR-də istinad edilmişdir. xx.xx.2017-ci il tarixli invoysdan görünür ki, ixrac edilən 15 adda inşaat materiallarının dəyəri 45.30 ÄBŞ dolları, daşınma xərci isə 250 ABŞ dolları təşkil etmişdir. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qanunvericiliyin qeyd edilən normasından göründüyü kimi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərə yuyulmuşdur. Lakin tədqiq edilən iş materiallarından görünür ki, cəmiyyət tərəfindən xarici iqtisadi fəaliyyət həyata keçirilməmiş, bunun əksini subut edən hal məhkəmə iclasında müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin xarici iqtisadi fəaliyyət həyata keçirməsini sübut etmək protokolu tərtib edən qurumun üzərinə düşür, lakin quruma məhkəmə iclasının vaxtı barədə dəfələrlə məlumat verilməsinı baxmayaraq iştiraklarını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İXM-in 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar