Məhkəmə qərarları › İş №3(001)-5753/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5753/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5753/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, MN №0411573 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(001)-1007/2020 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Şəxs Açıq Səhmdar Cəmiyyətinin sədri X9 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1007/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından şikayət vermişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs ASC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat miqdarında cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1715/2020 saylı qərarı ilə Şəxs Açıq Səhmdar Cəmiyyətinin sədri X9 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Şəxs ASC barəsində olan xx.xx.2020-ci il tarixli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, “Şəxs ASC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxs X6 iş və xidmətlərə cəlb olunmuşdur. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd edilənlərə əsasən Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, MN №0411573 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş protokolun qeyri qanuni və əsassız olduğunu bildirmişdir. Belə ki, Şəxs ASC-nin xx.xx.2000-ci il tarixli 05/01 saylı qərarı ilə “Samur-Abşeronsutikinti” törəmə müəssisəsi təsis edilmiş və nizamnaməsi Ədliyyə Nazirliynin əvvəllər mövcud olan Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Sumqayıt şəhər şöbəsində T-11 nömrə ilə xx.xx.2000-ci ildə qeydiyyata alınmışdır. Nizamnamənin 2.2-ci bəndinə əsasən, müəssisə Cəmiyyətin tərkibində struktur vahidi olmaqla hüquqi şəxs statusuna malikdir və cəmiyyət tərəfindən təsdiq edimiş Nizamnaməyə uyğun olaraq özünü maliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Nizamnamənin 7.1 -ci bəndinə görə müəssisənin müdiri onun fəaliyyətinə cari rəhbərliyi həyat keçirir, öz fəaliyyətini Azərbaycan Respublikası normativhüquqi aktlarına Cəmiyyətin Nizamnaməsinə və bu Nizamnaməyə ciddi əməl etməklə qurur. Həmin Nizamnamənin 7.2-ci bəndinə əsasən müəssisənin müdiri cəmiyyətin sədri tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.0.14-cü maddəsinə görə qanuni təmsilçi-nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Törəmə müəssisəsini qanuni təmsilçisi olaraq müəssisəsinin müdiri Şahin Qafarov barədə məlumatlar Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən İşəgötürən-tam fəaliyyət qabiliyyətli olaraq işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, ya onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və buna dair işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək Məcəl- ləsində dəyişikliklər edilməsi haqqında xx xxxxxx 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunun 3-cü maddəsinə (keçid müddəalar) əsasən, bu Qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsi bildirişləri müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə daxil edilməlidir. Törəmə müəssisəsində İşəgötürən statusunda qanuni təmsilçi və müəssisəsinin xx.xx.2007-ci ildən müdüri vəzifəsinə təyin edilmiş Şahin Qafarovdur. Vəzifəyə təyin edilmiş Şahin Qafarovla İşəgötürənlə bir illik əmək müqaviləsi bağlanmış və bağlandığı andan qüvvəsini almışdır, həmin əmək müqaviləsinə xitam verilməmiş, hazırda qüvvədədir. Ancaq əmək müqaviləsi barədə əmək müqaviləsi bildirişini işəgötürən xx.xx.2020-ci ildə elektron informasiya sisteminə daxil etmişdir. Elektron sistemdə xx.xx.2007-ci il tarixi qəbul etmədiyi üçün əmək müqaviləsinin əlavənin bağlanma tarixi yanvar 2020-ci ıl kimi rəsmiləşdirilmişdir. ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli (xx.xx.2017-ci il tarixli Qanunu Müddətli sözü bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınıb “müddətli sözü ilə əvəz edilmiş) əmək müqaviləsində göstərilən müddət qurtardıqda, əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, bu əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu günə qədər tərəflərdən hec biri həmin müddətli əmək müqaviləsinin xitamını tələb etməmişdir. Bundan başqa, Əmək Müfəttişliyində yoxlama aparılarkən və məhkəmə tərəfindən işə baxılarkən, cəmiyyətə münasibətdə İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, MN №0411573 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 Şəxs ASC-də AR ƏM-nin 49-cu maddəsinin İ bəndinin tələbləri pozularaq işləmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X3 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, Şəxs ASC-də işləmişdir. İş materiallarında olan 76 saylı əmək müqaviləsindən görünür ki, işəgötürən X9 ilə işçi X8 arasında xx.xx.2007-ci il tarixindən əmək müqaviləsi bağlanılmışdır. İşçi Cəmiyyətin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Şəxs ASC-nin sədri X9 tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Şəxs ASC Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş Nizamnamə əsasında tikinti - quraşdırma, bərpa və təmir işləri ilə məşğul olan hüquqi şəxs statusuna malik açıq səhmdar cəmiyyətidir. Şəxs ASC-nin xx.xx.2000-ci il tarixli 05/01 nömrəli qərarı ilə “Samur–Abşeronsutikinti”” Törəmə Müəssisəsi təsis edilmişdir. Törəmə Müəssisənin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliynin əvvəllər mövcud olmuş Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Şəhər Şöbəsində T-11 nömrəsi ilə xx.xx.2000-ci il tarixində qeydiyyata alınmışdır Törəmə müəssisə hüquqi şəxs statusuna malik olmaqla yanaşı, müstəqil balansı, öz adı yazılmış gerbli möhürü, ştampı, firma blankı, banklarda hesablaşma hesablan olmaqla təsərüfat hesablı özünü maliyyələşdirən, müstəqil mühasibatlığı mövcuddur. Şəxs ASC-nin xx.xx.2007-ci il tarixli 29/k saylı əmri ilə X6 Cəmiyyətin nəzdində olan “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin müdiri vəzifəsinə təyin olunmuş və törəmə müəssisəsinin qanuni təmsilçisi olaraq müəssisənin müdiri kimi Hüquqi Şəxslərin Dövlət Reyestrində qeydiyyata alınmışdır. Vergilər Nazirliyi yanında X4 “Samur - Abşeronsutikinti,, törəmə müəssisəsinə daxil olan vəsaitlərin səyyar vergi yoxlaması zamanı vergindən yayınma, lisenziyasız fəaliyyət, və sair kimi hallar olmaqla külli miqdarda ödəmə mənbəyindən tutulan verginin müəssisədə azaldılmasını aşkar etmişlər. Vergilər Nazirliyi yanında X5 Araşdırılması Departamenti yoxlama materialları əsasında vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci və 192.2.2-ci maddələri ilə məhkəməyə müraciət etmiş və cinayət işi başladılmışdır. Bakı Vergilər Departamenti yanında X4 “Samur-Abşeronsutikinti” törəmə müəssisəsində vergi qanunvericiliyinin pozulması qərarı bir sıra instansiya məhkəmələrində dəfələrlə baxıldıqdan sonra Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-1031/2020 saylı qərarı ilə borcun 594991,09 manat qalmaqla yeniden Apelyasiya məhkəməsində baxılmasına qərar verilmişdir. Bundan başqa 2019-cu ildə Sumqayıt 2 saylı vergilər departametinin kamerial yoxlaması nəticəsində 2011-2012-ci ildə törəmə müəssisənin gördüyü işlər zamanı “Samur–Abşeronsutikinti” törəmə müəssisəsinə daxil olan vəsaitlərdən ödənilməmiş dövlət büdcəsinə vergi borcu xx.xx.2020-ci il tarixə 398704.3 manat, sosial sığorta haqları üzrə 60426 manat hesablanmışdır. Beləliklə “Samur -Abşeronsutikinti“ törəmə müəssisəsinin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə olan vergi borcu 1054121,39 manat təşkil edir. Yuxarıda göstərilən borcları ödəməkdən yayınmağa görə “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin müdiri Ş.İ.Qafarov işdən azad olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinə müraciət ünvanlamış lakin yuxanda göstərilən borclar tam ödənilmədiyi təqdirdə azad olunması öz həllini tapmamışdır. Göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi rayonu Əmək Müfəttişliyi tərəfindən Şəxs ASC-yə qarşı tərtib olunan protokola görə qaldırılan iddiaya xitam verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı məqamda ASC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxxxxx 2013-cü il tarixli 875-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə (Keçid müddəalar) əsasən Bu Qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsi bildirişləri müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində qeydiyyata alınması məqsədi ilə işəgötürənlər tərəfindən 2014-cü ilin 1 iyul tarixinədək həmin elektron informasiya sisteminə daxil edilməlidir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci məddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan aydın olur ki, şəxs o zaman inzibati məsuliyyətə cəlb edilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır kı, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui- istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsin əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materiallarından görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyinə müraciət edərək işdən azad olunmasına köməklik edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə ondan Dövlət Əmək Müfəttişliyi tərəfindən şikayəti ilə əlaqədar ərizə alınmışdır. Qeyd olunan hal onu təsdiq edir ki, Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsində əmək qanunvericiliynin pozulmasına dair məlumat xx.xx.2020-ci il tarixdə olduğu halda inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinin tələblərinə zidd olaraq bir ay müddət sonra yəni xx xxxx 2020-ci il tarixdə tərtib olunmuşdur. Bundan başqa eyni əmələ görə xx xxxx 2020-ci il tarixdə Şəxs ASC barəsində protokl tərtib edildiyi halda yenidən xx.xx.2020-ci il tarixdə Şəxs ATSC-nin sədri X9 barəsində Azərbaycan Respubliksaı İXM-nin 192.1-ci inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin məcəllənin 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixli protokl tərtib edilrəkən yuxarıda qeyd olunan Azərbaycan Respublikası İXM-nin qeyd olunna maddələrinin tələbləri pozulmuşdur, hüqkqt şəxsin nümayəndəsinin izahatı alınmamış, protokolun surəti onlara verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsin əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçəndən sonra verilə bilər. İş materiallarnıda olan xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protoldan görünür ki, Şəxs ATSC barəsində tərtib edilmiş protolodan üç aydan çox vaxt keçmiş və bu günə qədər onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamışdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda sadalanan hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protolun tərtib edilməsində İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinin tələbləri pozulduğundan və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdərəsi tərəfindən Şəxs ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, MN №0411573 nömrəli protokol üzrə başlanmış icraata xitam verilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, MN №0411573 saylı inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar