Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5757/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materialları baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2451/2020 nömrəli qərarı ilə Şəxs İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2451/2020 nömrəli qərarı xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında materialla birlikdə apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1705/2020 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)- 2451/2020 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 bildirmişdir ki, cəmiyyət barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Çünki inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən cəmiyyətin ünvanına sorğu verilməsi və 5 gün müddətində həmin sorğuya cəmiyyətin cavab verməməsi ilə bağlı hallar həqiqəti əks etdirmir. İlk növbədə qeyd edilməlidir ki, Binəqədi RPİ-nin DYPŞ tərəfindən cəmiyyətin ünvanına göndərilmiş sorğu cəmiyyət tərəfindən qəbul edilməmiş, hüquqi şəxsin yerləşdiyi ünvanın qonşuluğunda yaşayan və cəmiyyətin işçisi olmayan Jalə Yusubova adlı şəxs tərəfindən qəbul edilmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, sözügedən sorğu X2 tərəfindən cəmiyyətə xx xxxx 2020-ci il tarixdə verilmiş və cəmiyyət tərəfindən sorğuya xx xxxxxx 2020-ci il tarixdə cavab verilmişdir. Hətta göründüyü kimi, sorğu cəmiyyətə xx xxxx 2020-ci il tarixdə verilmiş olsa belə cəmiyyət müddəti ötürmədən sorğuya cavab vermişdir. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, nümayəndənin çıxışını dinləyib, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan DİN-nin DYP portal çıxarışından və SS550392657 kodlu Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən Şəxsnə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, Şəxs ünvan 1 ünvanına onun mülkiyyətində olan “İSUZU” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ tərəfindən sorğu verilmiş və həmin sorğu xx.xx.2020-ci il tarixdə Yusubova Jalə adlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, Şəxsndə X2 adlı şəxs işləmir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məktubdan, eləcə də həmin məktubun göndərilməsini təsdiq edən mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən ona məxsus “İSUZU” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü barəsində xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ-nə məlumat verilmişdir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Bu zaman müvafiq sorğunun barəsində icraat aparılan şəxs tərəfindən faktiki qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxsnə ünvanlanmış xx.xx.2020-ci il tarixdə cəmiyyət tərəfindən deyil, cəmiyyətdə işləməyən və onlarla qonşuluqda olan X2 tərəfindən imzalanaq qəbul edilmişdir. Digər tərəfdən müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ tərəfindən verilmiş sorğunu cəmiyyət X2 vasitəsilə xx xxxx 2020-ci il tarixdə əldə edərək sorğuya cavab vermişdir. Qeyd olunan hallardan göründüyü kimi, Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ tərəfindən göndərilmiş sorğu xx.xx.2020-ci il tarixdə Şəxs işçisi tərəfindən qəbul edilməmiş və sonradan alınmış sözügedən sorğu cəmiyyət tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmədən cavablandırılmışdır. Məhkəmə iclasında müəyyən edilmiş həmin hallar iş materiallarında öz təsdiqini tapır. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-5757/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5757/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver