Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-577/2025 17.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1 maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1 maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən, vəzifəli şəxs Şəxs tərəfindən ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə saat 14:10-da “Mərvə Market” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmiş, bununla da İXM-nin 428.7.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 28 yanvar 2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 bildirmişdir ki, 14 yanvar 2025-ci il tarixdə ünvan 2 ünvanında “Mərvə” market adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar olunmuşdur. Bununla da vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və onun barəsində inizbati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bundan əlavə də açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə 15 noyabr 2024-cü il tarixli ərizə də vardır ki, onun sürətini də iş materiallarına əlavə etmişlər. Həmin ərizə də Şəxs adınadır. Şəxs reklam yayma üçün ərizə ilə müraciət edib, hesab faktura verilsə də ödəniş olunmamışdır. Verilmiş suallara cavab olaraq nümayəndəsi olduğu qurumun əməkdaşları həmin marketə yaxınlaşanda obyektin VÖEN-nin kimə məxsus olmasını soruşduqları zaman həmin obyektdə onlara sözügedən VÖEN-i təqdim etmişlər. 28 yanvar 2025-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, onun həmin “Mərvə” market adlı obyektə hər hansı bir əlaqəsi yoxdur. Dövlət Vergi Xidmətinə də sorğu göndərilsə onun həmin obyektə aidiyyatının olmadığı müəyyən edilər. Həmin marketin VÖEN-i başqa bir şəxsin adınadır. Həmin marketdə o, ümumiyyətlə işləməmiş, həmin market onun xalasına məxsusdur. Lakin heç vaxt həmin marketlə bağlı onun adına VÖEN açdırılmamışdır. Onun özünün VÖEN-i mövcud olmuşdur, lakin həmin VÖEN təxminən 15 il əvvəl, Salyan rayonu, Xıdırlı kəndində “Arzu” market adlı marketlə bağlı açılmışdır. Atası həmin marketi onun adına rəsmiləşdirmişdir. Lakin, həmin market fəaliyyətini dayandırmışdır. İndi isə anbar kimi istifadə olunmaqdadır və həmin VÖEN onun adına qalmaqdadır. Lakin Biləcəri qəsəbəsindəki marketlə onun nə rəsmi, nə də qeyri-rəsmi heç bir əlaqəsi yoxdur. Ərizədə olan imza ona məxsus deyildir. Ona göstəriş ilə bağlı məktub gəlmiş, həmin məktub gəldikdən sonra sənədləşdirmənin səhv aparıldığını bildirmişdir. Həmin marketdə Şahid fəaliyyət göstərir və VÖEN-i də mövcuddur. 17 fevral 2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iş materiallarına əlavə edilmiş Şəxs imzası olan sənədin həqiqətən Şəxs tərəfindən imzalanmasına dair heç bir sübutları mövcud deyildir, həmçinin Şəxs da ünvan 1 ünvanında yerləşən “Mərvə Market” adlı obyektdə fəaliyyət göstərməsini təsdiq edən heç bir sənədləri yoxdur. 17 fevral 2025-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, o, əvvəllər həmin marketdən 3 küçə arxada başqa bir marketdə fəaliyyət göstərmişdir. Həmin dövr 2022-ci il tarixində olmuşdur və elə o dövrdə də fəaliyyətinə xitam verilmişdir. Bu reklamlar onların həyətində olmuş Şahid obyekti açanda ondan istədiyi üçün reklamları ona vermişdir. Deyilənlərin nəzərə alınaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinlyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə saat 14:10-da “Mərvə Market” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” ərizədən görünür ki, Şəxs “Mərvə Market” adlı obyektin üzərində xx.xx.2024-cü il tarixdən 12 ay müddətinə yeni reklam yerləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə müraciət etmişdir. (Şəxs məhkəmə iclasında həmin müraciətdə olan imzanın özünə məxsus olmadığını bildirmişdir. M**********0001 nömrəli yayım haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, Şəxs tərəfindən 272.72 AZN ödəniş edilməlidir. xx.xx.2024-cü il tarixli, M**********0001 nömrəli dövlət rüsumunun ödənişi üçün bildirişdən görünür ki, Şəxs tərəfindən 42.80 AZN ödəniş edilməlidir. xx.xx.2024-cü il tarixli “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” aktdan görünür ki, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə saat 15:35-ə “Mərvə Market” adlı obyektin üzərində müvafiq icazə olmadan 2 ədəd 4,28 m2 ölçüdə reklam aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin məktubundan görünür ki, ünvan 1 ünvanında Şahid (VÖEN: **********) fəaliyyət göstərdiyi, lakin uçot baza məlumatlarına əsasən həmin ünvanda vergi ödəyicisinə məxsus təsərrüfat subyektinin (obyektin) və nəzarət kassa aparatının qeydiyyatda olmadığı müəyyən edilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs (VÖEN: **********) məxsus Salyan rayonu, Xıdırlı kəndində fəaliyyət göstərən “Mağaza” adlı təsərrüfat sübyketi mövcuddur. Şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Hərbi Şəhərcik (Biləcəri qəs.,) ev 7 m. Ünvanında qeydiyyata alınmış “Ərzaq Mağazası” adlı təsərrüfat subyektinin fəaliyyəti dayandırılmışdır. “Reklam haqqında” Azərbaycan Respublikası qanununun 26.1-ci maddəsinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin qanuna görə reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusunu ehtiva edir. Həmçinin reklam yayıcısı – reklamı həmin qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxs kimi başa düşülür. “Reklam haqqında” Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 428.7.1 -ci maddəsi ilə olan inzibati protokol əsassız olaraq tərtib edilmiş, onun qeyd edilən əməlin törədilməsinə aidiyyəti olmamışdır. Belə ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb ünvan 1 ünvanında yerləşən “Mərvə Market” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktının aşkar edilməsi olmuşdur. Lakin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə məhkəmə tərəfindən verilmiş sorğu nəticəsində həmin obyektdə Şahid (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Həmçinin həmin idarə tərəfindən verilmiş məlumatlarla o da aşkar edilmişdir ki, Şəxs yalnız Salyan rayonu, Xıdırlı kəndində yerləşən mağazada və “ünvan 3 ünvanında yerləşən ərzaq mağazasında sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. Onun hazırki inzibati xəta haqqında iş üzrə üzərində reklam yerləşdirilmiş “Mərvə Market” adlı obyektə aidiyyəti isə təsdiq edilməmişdir. Lakin səlahiyyətli orqan tərəfindən qeyd edilən hallar araşdırılmamış, həmin obyektdə faktiki olaraq kimin fəaliyyət göstərdiyi, reklam yayıcısının kim olması müəyyən edilməmişdir. Bundan başqa “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” ərizə Şəxs müraciət etməsi və ərizəni imzalaması göstərilsə də, Şəxs həmin müraciətin və imzanın özünə aid olmadığını bildirmişdir. Bunun əksini təsdiq edən mötəbər sübutları isə inzibati xəta haqqında protokol tərtib etmiş orqan məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, inzibati xətanın Şəxs tərəfindən törədilməsini sübut etmək yükü protokol tərtib etmiş orqanın üzərinə düşür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə öz təqsirsizliyini sübut etməyə məcbur deyildir. Göründüyü kimi məhkəmə araşdırması zamanı Şəxs ünvan 1 ünvanında yerləşən “Mərvə Market” adlı obkeytə sahibkarlıq fəaliyyətini göstərməsi və reklam yayımını həyata keçirməsi öz təsdiqini tapmamışdır. Belə olan halda da açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilməsinə görə inzibati xətanı da Şəxs deyil, həmin obyektdə hazırda fəaliyyət göstərən şəxs törətmişdir. Çünki reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq əmlakdan gəlir götürmək hazırda Şəxs deyil, obyektdə fajtiki fəaliyyət göstərən şəxsin məqsədidir. Lakin səlahiyyətli orqan tərəfindən qeyd edilən hallar araşdırılmamış, inzibati xətanın kim tərəfindən törədilməsi müəyyən edilməmiş və nəticədə aidiyyəti olmayan şəxs barəsində protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, İXM-in 428.7.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı Şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə Şəxs aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Şəhəri Reklam İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokolda nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-577/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-577/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver