Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5778/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qazax rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May YYM, fərdi evdə kirayə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 06 oktyabr 2024-cü il tarixdə ünvan 1 ünvanda yaşayan X4 evinə gedərkən yaşadığı həmin ünvana qədər təqib edərək, icazəsiz evin həyətinə daxil olmuş, bunu görən Aysun Ağayeva qışqırıb kömək istədikdə onun səsinə çıxan qaynanası Fəridə Ağayevanı görüb qaçaraq həyətdən çıxıb uzaqlaşmaqla xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru, polis kapitanı X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X7 ailəsilə birlikdə ünvan 1 ünvanda yaşayır. O, 06 oktyabr 2024-cü il tarixdə evinə gedərkən Şəxs onu yaşadığı həmin ünvana qədər təqib etmişdir. Aysun evin həyətinə daxil olduqda isə icazəsiz evin həyətinə keçmiş, əlini bel nahiyyəsinə apararkən bunu görən Aysun Ağayeva qışqırıb kömək istədikdə onun səsinə qaynanası Fəridə Ağayeva çıxmışdır. Şəxs Fəridə Ağayevanı görüb qaçaraq həyətdən çıxıb uzaqlaşmışdır. Bununla bağlı X7 6-cı PB-yə və 102 zəng xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında aparılmış araşdırma zamanı xırda xuliqanlıq edən şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Sorğu-sual zamanı Şəxs bildirmişdir ki, X4 təqib etməmiş, ünvan 1 ünvanda yerləşən evin həyətinə isə kirayə ev axtarmaq məqsədilə daxil olmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 May YYM-də fərdi evdə kirayədə yaşayır. Həmin evin sahibi evdən çıxmaq üçün ona vaxt verdiyindən özünə kirayə ev axtarmışdır. Bu məqsədlə 06 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində hərəkət etmişdir. Ondan irəlidə bir nəfər qız getmişdir. Həmin qızı təqib etməmişdir. Qız hansısa evin həyətinə daxil olduqda o, da həmin həyətə daxil olmuşdur ki, orada kirayə ev olub-olmadığı ilə maraqlansın. Lakin qız onu görüb qışqırmağa başlamış, səsinə evdən bir nəfər qadın çıxmış, yanlış anlaşılma olduğunu başa düşüb qaçaraq həyətdən çıxıb getmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməllərinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi qismən öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələr ilə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs kirayə ev axtarmaq məqsədilə ünvan 1 ünvanda yerləşən evin həyətinə daxil olması barədə bildirdiklərini özünü müdafiə kimi qiymətləndirib rədd edir. Belə ki, işdə olan X3 6-cı PB-yə yazdığı ərizəsindən görünür ki, Şəxs küçə ilə gedərkən uzun müddət onun arxasınca düşmüş, evə çatdıqda isə ardınca həyətə daxil olmuşdur. Qeyd olunanlar Şəxs niyyətinin kirayə ev axtarmaq olmadığını sübut edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 00:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5778/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5778/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver