Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5781/2020 17.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati iş daxil olmuşdur. Məhkəmə baxılması üçün təqdim edilmiş inzibati materialı araşdırarkən qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qəraradadı ilə xx.xx.2020-ci il tarixli MN ******* nömrəli protokolda nöqsanlar olduğu üçün həmin nöqsanların aradan qaldırılması üçün protoklun geri qaytarılması qərara alınmışdır. Lakin Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən həmin nöqsanlar aradan qaldırılmadan təkrarən protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda buraxılmış nöqsanları məhkəmə təkrar olaraq qeyd etməyi vacib hesab edir. İnzibati xəta haqqında protokol tərtib edilərkən Xocasən Bələdiyəsinin sədri Şəxs törətməsi ehtimal edilən inzibati xətanın mahiyyəti düzgün göstərilməmişdir. Qanunvericiliyin tələblərinə görə inzibati xətanın mahiyyəti dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən, məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-5781/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5781/2020
17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver