Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5788/2020 18.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı və xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxaraq, müəyyən e t d i m: xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı və xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətdən görünür ki, X2 şikayətində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı və xx.xx.2020-ci il tarixli, İXP ******* saylı və tarixləri arasında 4 ay fərq olan inzibati tənbeh vermə haqqında iki qərarı mübahisələndirmişdir. Həmçinin, şikayətçi Vüqar İbrahimli ayrı-ayrı müxtəlif tarixlərdə qəbul olunmuş inzibati xəta haqqında qərardan bir yerdə şikayət vermişdir, halbuki inzibati xətalar məcəlləsində belə bir qayda nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi X2 şikayətində hər iki qərardan bir yerdə şikayət verdiyindən həmin şikayətə baxılması mümkün deyildir. Buna görə də, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı və xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı və xx.xx.2020-ci il tarixli, TP ******* saylı saylı qərarlardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah olunsun ki, qeyd olunan qusurları aradan qaldırdıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət edə bilər. Sədrlik edən Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-5788/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5788/2020
18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver