Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5788/2025 04.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, zərərçəkmiş hüquqi şəxs "xxxx" Firmasının nümayəndəsi X4, Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına vəzifəli şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Mehman Beybutova və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs inzibati xəta haqqında işə baxılmasına dair təyin olunmuş məhkəmə iclasına gəlməsi ilə bağlı bildiriş göndərilmişdir. X6 və Şəxs məxsus əlaqə nömrəsinə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in tərəfə çatmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət edilməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Mehman Beybutovun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" Firmasının nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, icra sənədinin icrası bugünədək üzrsüz səbəbdən icra olunmur. Odur ki, "xxxx" QSC-nin vəzifəli şəxsi Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3817/2022 saylı icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən 28.320 manat (ƏDV daxil) manat, mediasiya xərci 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat, hüquqi yardıma görə ödənmiş 850 manat tutularaq "xxxx" Firmasına ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 1856/2024 saylı icra vərəqəsindən görünür ki, hüquqi şəxs "xxxx" QSC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin (226550,50 ABŞ dolları) 20 (iyirmi) faizi həcmində - 45310 ABŞ dolları məbləğində (məzənnə üzrə 77000 AZN) cərimə edilmişdir. Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-6543 nömrəli icra qeydindən görünür ki, borclu "xxxx" QSC-dən tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 735 manat 99 qəpik pul tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 602/2024 saylı icra vərəqəsindən görünür ki, 15544, 48 manat məbləğində dəymiş maddi ziyanın əvəzi, vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 700 manat və ödənilmişdövlət rüsumunun 136,64 manat hissəsi cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçı X3 ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2826/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" QSC-dən 43146,40 manat məbləğində pul, 220 manat dövlət rüsumu, ümumilikdə 43366,40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3109/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" QSC-dən 9440 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 897/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər X2 və "xxxx" QSC-dən müştərək qaydada 6590 manat məbləğində maddi ziyan və 109 manat dövlət rüsumunun əvəzi iddiaçı X1 xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdeh "xxxx" QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3727/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" QSC-dən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8059,40 manat əsas borc məbləği, 403 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 105 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilmişdir. Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-11320 nömrəli icra qeydindən görünür ki, "xxxx" QSC-dən tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 421 manat 32 qəpik pul tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5519/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" QSC-dən ƏDV daxil 11.823,06 manat məbləğində əsas borc, 600 manat məbləğində dəbbə pulu, cəmi 12.423,06 manat, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-11269 nömrəli icra qeydindən görünür ki, "xxxx" QSC-dən tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 90 manat pul tutulmalıdır. Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-13426 nömrəli icra qeydindən görünür ki, "xxxx" QSC-dən tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 849 manat 53 qəpik pul tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1498/2025 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" QSC-dən 18390 manat məbləğində pul, 145,17 manat dövlət rüsumu, ümumilikdə 18535,17 manat məbləğində pul tutularaq iddiaçı Hacıyev Emil Cəmiyyət oğluna ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3178/2025 saylı icra vərəqəsindən görünür ki, inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" QSC Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4096/2025 saylı icra vərəqəsindən görünür ki, inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" QSC Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2445/2025 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" QSC-dən 28865 manat 38 qəpik məbləğində icarə haqqı və ödənilmiş 193 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-9/2025 saylı qərardadından görünür ki, borclu "xxxx" QSC-nin mülkiyyətində olan “Mitsubishi L200 minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişnalı və “Mitsubishi L200 minik” markalı, **-AK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-1122/2024 saylı qərardadından görünür ki, borclu "xxxx" QSC-nin mülkiyyətində olan “X10” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu "xxxx" QSC-yə məxsus və məhkəmənin qərarı ilə üzrlərinə həbs qoyulmuş “Mitsubishi L200 minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200 minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillər barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli “icra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, borclu "xxxx" QSC barəsində olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3817/2022 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-1856/2024 saylı icra vərəqəsi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-6543 nömrəli icra qeyd, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-602/2024 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2826/2024 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3109/2024 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-897/2024 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-3727/2024 saylı icra vərəqəsi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-11320 nömrəli icra qeydi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5519/2024 saylı icra vərəqəsi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-11269 nömrəli icra qeydi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-13426 nömrəli icra qeydi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1498/2025 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 3178/2025 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4096/2025 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-2445/2025 saylı icra vərəqəsi ümumi icraatda birləşdirilmişdir. xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirəcəyini bildirmiş, yerinə yetirmədiyi halda inzibati və cinayət məsuliyyəti daşıyacağı ona elan olunmuşdur. Bakı şəhəri Binəqədi İcra şöbəsinin Elektron Sistemindən çıxarışlardan görünür ki, borclunun icra sənədi üzrə borcunun yönəldiləsi əmlak, nəqliyyat vasitəsi müəyyən edilməmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3817/2022 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-1856/2024 saylı icra vərəqəsi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-6543 nömrəli icra qeyd, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-602/2024 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2826/2024 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3109/2024 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(001)-897/2024 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3727/2024 saylı icra vərəqəsi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-11320 nömrəli icra qeydi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5519/2024 saylı icra vərəqəsi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-11269 nömrəli icra qeydi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-13426 nömrəli icra qeydi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1498/2025 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 3178/2025 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4096/2025 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-2445/2025 saylı icra sənədlərinin icrasını təmin etmədiyi üçün vəzifəli şəxs qismində barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3817/2022 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 1856/2024 saylı icra vərəqəsi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-6543 nömrəli icra qeyd, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-602/2024 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2826/2024 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3109/2024 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-897/2024 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3727/2024 saylı icra vərəqəsi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ- 11320 nömrəli icra qeydi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-5519/2024 saylı icra vərəqəsi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024cü il tarixli, 8İ-11269 nömrəli icra qeydi, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-13426 nömrəli icra qeydi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1498/2025 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3178/2025 saylı icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4096/2025 saylı icra vərəqəsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2445/2025 saylı icra vərəqələrini heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Bu səbəblə də, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Odur ki, məhkəmə Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5788/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5788/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver