Məhkəmə qərarları › İş №3(001)-580/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-580/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-580/2022 14.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə, “Socar” Neft Kəmərləri İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271 və 541-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər idarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün “Socar” Neft Kəmərləri İdarəsinin İXM-nin 271 və 541-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan yaxınlığında yeraltı neft kəmərlərinin mühafizəsi zonasında məişət və digər tullantıların qalaqlanması və xx.xx.2021-ci il tarixli Ç-MG/2621-051 nömrəli məcburi göstərişə əməl edilməməsi müəyyən edilmişdir.Bununla da, “Socar” Neft Kəmərləri İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 271 və 541-ci maddələrinin tələbləri pozulmuşdur.Ona görə də, xx.xx.2022-ci il tarixdə “Socar” Neft Kəmərləri İdarəsi barəsində MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. “Socar” Neft Kəmərləri İdarəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər idarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, İdarələrin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “Socar” Neft Kəmərləri İdarəsi barəsində tərtib olunmuş protokolu əsaslıdır. Belə kİ, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvan yaxınlığında yeraltı neft kəmərlərinin mühafizəsi zonasında məişət və digər tullantıların qalaqlanması və xx.xx.2021-ci il tarixli Ç-MG/2621-051 nömrəli məcburi göstərişə əməl edilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan “Socar” Neft Kəmərləri İdarəsi tərəfindən ünvan 1 ünvan yaxınlığında yeraltı neft kəmərlərinin mühafizəsi zonasında məişət və digər tullantıların qalaqlanması və xx.xx.2021-ci il tarixli Ç-MG/2621-051 nömrəli məcburi göstərişə əməl edilməməsi müəyyən edilmişdir. Bununla da “Socar” Neft Kəmərləri İdarəsinin Azərbaycan Respublikası İXM-in 271 və 541-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Buna görə də, məhkəmə inzibati xəta törədən şəxs “Socar” Neft Kəmərləri İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 271 və 541-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “Socar” Neft Kəmərləri İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 6 500 (altı min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar