Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5804/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1994-cü il tarixdə Şəki rayonu, Aşağı Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.2, 511.3 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 332.2 və 511.3-cü maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında və İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X7 bildirmişdir ki, Şəxs inzibati xətanı törətməsinə dair raport daxil olmuşdur. O, həmin xx.xx.2024-cü il tarixli raportu araşdırmışdır, araşdırma nəticəsindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı alınmış və Şəxs qəsdən polisin qanuni tələbinə tabe olmadığı müəyyən edilmişdir. Buna görə də sonuncu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barədə İXM-nin 535.1-ci maddəsi ilə tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün protokol məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X8 bildirmişdir ki, Şəxs avtoxuliqanlıq etməsini əks etdirin görüntülər xx.xx.2024-cü il tarixdə sosial şəbəkədə yayılmışdır. xx.xx.2024-cü il tarixdə YPX əməkdaşları tərəfindən şəxsə saxla əmri verilmiş, lakin tabesizlik göstərməklə həmin zaman oradan qaçmışdır. xx.xx.2024-cü il tarixdə isə şəxsən onun tərəfindən saat 15:00 radələrində Şəxs saxlanılmışdır, bu səfər isə patrul avtomobili ilə idarə etdiyi nəqliyyat vasitəsinin qarşısını kəsmişdir. Qeyd olunmalıdır ki, Şəxs sürücülük hüququ yoxdur, buna görə də, avtomobilin idarə edilməsindən kənarlaşdırılmışdır. Şəxs özü isə qanuni tələbə yenə də tələb olmamış, buna görə də aidiyyəti üzrə Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə təhvil verilmişdir. Şəxsin barəsində tərəfindən İXM-in 332.2 və 511.3-cü maddələri ilə protokol tərtib edilmiş, 511-ci maddəyə baxılması məhkəmələrin səlahiyyətinə aid olduğundan protokol aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, istinad edilən əməllər həqiqətən onun tərəfindən törədilmişdir, törətdiyi əməldən çox peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Həqiqətən də sosial şəbəkədə avtoxuliqanlıq etdiyi videoları paylaşmışdır. Həmin videolarda avtomobillə “zmeyka atmaq” deyilən hərəkətləri etmişdir. Polis işçilərinə tabesizlik göstərməsinin səbəbi isə o olmuşdur ki, onun sürücülük vəsiqəsi yoxdur, buna görə də maşın cərimə meydançasına aparılacaqdı, ona görə də hadisə yerindən qaçmışdır ki, maşını cərimə meydançasına aparılmasın. O, həmin nəqliyyat vasitəsi ilə çörək pulu qazanır, buna görə də, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X9 bildirmişdir ki, Şəxs avtoxuliqanlıq etməsini əks etdirin görüntülər xx.xx.2024-cü il tarixdə sosial şəbəkədə yayılmışdır. xx.xx.2024-cü il tarixdə tərəfindən Şəxs saxla işarəsi verilmişdir. Lakin Şəxs tələbə tabe olmayaraq hadisə yerindən qaçmışdır. Qeyd etməlidir ki, Şəxs nəqliyyat vasitəsini çox təhlükəli idarə edirdi, hər hansı bir hadisə baş verməməsi üçün sürücünün arxasınca getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X5 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X8 ilə xidmətdə olan zaman Şəxs avtomobilini saxlamışlar. Çünki xx.xx.2024-cü il tarixdə sosial şəbəkədə sonuncunun avtoxuliqanlıq etdiyi videogörüntülər yayılmışdır. xx.xx.2024-cü il tarixdə isə YPX əməkdaşının saxla əmrinə məhəl qoymayaraq qaçmışdır. Şəxs sürücülük vəsiqəsi olmadığından avtomobil cərimə meydançasına aparılmalı idi, lakin Şəxs qanun tələbinə məhəl qoymayaraq oradan avtomobillə qaçmaq istəmişdir. Buna görə də Şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nə təhvil verilmiş, nəqliyyat vasitəsi isə duracağa təmin olunmuşdur. X1 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X10 tərəfindən Şəxs nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi, manevr qaydalarını kobud surətdə pozduğu vizual olaraq aşkar edilmişdir. Sürücüyə “saxla” əmri verilməsinə baxmayaraq sonuncu hərəkətini davam etdirmişdir. Efir vasitəsi ilə post-patrul xidməti əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin saxlanılması xahiş edilmişdir. Hadisə yerinə köməyə getmişdir, bu zaman Şəxs həmin nəqliyyat vasitəsini idarə etməyə etibarnaməsinin olmadığı aşkar edilmişdir. Nəqliyyat vasitəsinin duracağa təmin olunması sürücüyə bildirilən zaman o etiraz etmiş, razılaşmamışdır. Nəqliyyat vasitəsinin mülkiyyətçisi həmin zaman orada olmamış, daha sonra gəlmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, AZA 000099 nömrəli inzibati qaydada tutma haqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir kiŞəxs İXM-nin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Odur ki, inzibati xəta haqqında protokollar düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələrlə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə ilk növbədə Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokola münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan maddədə mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati xəta tərkibi müəyyən edilmişdir. Məhkəmə iclasında şahidlərin izahatı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz səmimi etirafedici izahatı ilə onun tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola da dair qeyd edilməlidir ki, Şəxs əməlində qeyd olunan xətanın tərkib əlamətləri mövcuddur. Belə ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yol-patrul xidmətinin əməkdaşlarının “saxla” göstərişinə əməl etməyərək hərəkətini davam etdirmiş, daha sonra nəqliyyat vasitəsinin duracağa təmin olunmasına isə etiraz edərək, narazılığını bildirmişdir. Şəxs inzibati xəta törətməsinə dair video-görüntülər yayıldığı üçün inzibati xəta haqqında protokol tərtib edilməsi üçün və yaxud inzibati araşdırılma aparılması üçün Şəxs yönələn “saxla” göstərişi qanuni olmuş, barəsində inzibatə xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunan göstərişə əməl etməyərək polis işçisinin qanuni tələbinə tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs özü də məhkəmə iclasında avtomobilin duracağa təmin olunmasını istəmədiyi üçün polisin saxla əmrinə tabe olmadığını etiraf etmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 511.1.3 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə araşdırması zamanı şahid ifadələri, raport, inzibati xəta haqqında protokollar və barəsində inzibatə xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz səmimi etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Şəxsin inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi izahat verməklə əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində əsas tənbeh tədbiri olaraq daha ciddi xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri əsas tənbeh kimi tətbiq edilməli, həmçinin barəsində inzibati xəta haqqında iş üzriə icraat aparılan şəxs inzibati qaydada tutulduğu üçün əsas tənbeh tətbiq edilən zaman İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalı, nəqliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırma tənbeh tədbiri isə əlavə tənbeh tədbiri qismində əsas tənbehə əlavə edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsəsən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən Şəxs İXM-nin 511.3 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona daha ciddi xəta olan İXM-nin 511.3-cü maddəsinin sanksiyanına uyğun olaraq İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, həmçinin İXM-nin 34.3-cü maddəsinə əsasən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh, yəni nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması əsas tənbehə əlavə edilməlidir. Qeyd olunanlara yanaşı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısına əsasən İXM-nin 332-ci maddəsinə dair işlərə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid edilmədiyindən həmin hissədə inzibati xəta haqqında protokol baxılması üçün protokolu tərtib etmiş inzibati orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 500 (beş yüz) manat inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair hissədə inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5804/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5804/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver