Məhkəmə qərarları › İş №3(001)-5809/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5809/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5809/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Məhkəmə iclasında X2 bildirmişdir ki, pasport qeydiyyatı ünvan 1 ünvanında olsa da, faktiki olaraq ünvan 2nında yaşayır. Şikayət vermiş olduğu qərar üzrə isə hadisə Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermişdir. Ona görə də, şikayət ərizəsinin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 yaşayış yeri rəsmi olaraq ünvan 1 ünvanı göründüyündən şikayət icraata götürülmüşdür. Lakin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi hazırki inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxmaq səlahiyyətində deyildir. Belə ki, şikayət vermiş şəxsin izahatından müəyyən edilmişdir ki, o, faktiki olaraq Bakı şəhərinin Yasamal rayonunda yaşayır. Həmçinin inzibati xəta isə Bakı şəhəri Nəsimi rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İXM-nin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar