Məhkəmə qərarları › İş №3(001)-5816/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5816/2020

18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5816/2020 18.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “xxxxx” MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı X2 icraatında iki nəfər şəxsin xx.xx.2020-ci il tarixdə ölkədə hərbi rejim vəziyyəti ilə əlaqədar tətbiq edilən komendant saatı vaxtı Ekologiya postu yaxınlığında ara məhlələlərdə avtomaşınla hərəkət edərkən xidmətdə olan polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, sonuncuların oradan qaçması ilə bağlı təhqiqat materialı vardır. Həmin material üzrə araşdırılma aparılaraq həmin şəxslərin şəxsiyyətlərinin müəyyən edilib tapılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Bəhruz Kazımova və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Elnur Bağırova göstəriş verilmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə Xəqani bağı yaxınlığında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Bəhruz Kazımov və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Elnur Bağırov tərəfindən saxlanılaraq bölməyə dəvət edilmişdir. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq bölməyə gəlməkdən yayınmaq istəmişdir. Sonra Şəxs polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Bölmədə Şəxs barəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə işdən çıxıb evə gedən zaman dostu Təbriz ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, dostu Təbrizlə yaşadığı ünvanın yaxınlığında görüşmüş, sonra dostu ona yaşadığı Saray qəsəbəsinə aparmasını xahiş etmişdir. O idarə etdiyi “Khodro Runna” avtomobili ilə Saray qəsəbəsinə yola düşən zaman dostu avtomobilin onun idarə etməsini xahiş etmiş, o da razılaşmışdır. 20 Yanvar istiqamətindən Sumqayıt şosesi ilə hərəkətdə olan zaman ekologiya postunda komendant saatı ilə əlaqədar polis əməkdaşları tərəfindən sürücülərin və sərnişinlərin çölə çıxmağa icazələrin olub-olmamasının yoxlanmasını görmüşlər. Çölə çıxmağa icazələrinin olmadığı üçün dostu Təbriz məhəllə arası küçəyə tərəf sürmüş, bir qədər irəlilədikdən sonra qarşıda polis əməkdaşları hərbi qulluqçular ilə birlikdə icazələrin olub-olmamasını yoxladığını görmüşlər. İcazələrinin olmadığına görə dostu Təbriz onlara cərimə yazacaqlarından qorxaraq avtomobili bərk sürərək oradan uzaqlaşmışdır. O, dostu Təbrizə avtomobili saxlamasını bildirmiş, lakin Təbriz razılaşmamışdır. xx.xx.2020-ci il tarixdə Xəqani bağı yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Bölmədə barəsində İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, heç bir polis əməkadaşına tabesizlik göstərməmiş, polis əməkdaşları onu bölməyə dəvət etdikdə onlarla razılaşıb heç bir etiraz etmədən polis bölməsinə getmişdir. Qeyd olunanları nəzərə alaraq barəsindən olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin 6-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X4 bildirmişdir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı X2 icraatında olan araşdırma materialı ilə əlaqədar Şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilməsi barədə tapşırıq verilmişdir. Həmin tapşırığın icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə digər polis əməkdaşı Elnur Bağırovla birlikdə Şəxs Xəqani bağı yaxınlığında saxlayaraq onlara birlikdə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gəlməyə dəvət etmişdir. Şəxs onlarla birlikdə bölməyə gəlmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs onlara heç bir tabesizlik göstərməmiş, etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gəlmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 bildirmişdir ki, icraatında xx.xx.2020-ci il tarixdə ölkədə hərbi rejim vəziyyəti ilə əlaqədar tətbiq edilən komendant saatı vaxtı Ekologiya postu yaxınlığında ara məhlələrdə avtomaşınla hərəkət edərkən xidmətdə olan polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, sonuncuların oradan qaçması ilə bağlı təhqiqat materialı vardır. Həmin material üzrə araşdırılma aparılaraq sonuncuların şəxsiyyətləri müəyyən edilmiş, həmin şəxslərdən birinin Şəxs olduğunun tapılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin 6cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Bəhruz Kazımova və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Elnur Bağırova tapşırıq verilmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə Xəqani bağı yaxınlığında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Bəhruz Kazımov və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Elnur Bağırov tərəfindən saxlanılaraq bölməyə gətirilmiş və onun tərəfindən Şəxs izahatı alınmışdır. Həmçinin verilmiş suallara cavab olaraq Şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşlarının qanuni taləblərinə tabe olmaması ilə bağlı onda hər-hanası bir məlumat yoxdur İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, AZA 007432 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, eləcə də müdafiəçinin çıxışını dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin məhkəmə iclasına şahid qismində dəvət edilmiş Binəqədi RPİ-nin 6-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X4 izahatında Şəxs xx xxxxxx 2020-ci il tarixdə saxlanılaraq bölməyə dəvət edilən zaman polisə heç bir tabesizlik göstərməyərək, etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gəldiyini, məhkəmə iclasına şahid qismində dəvət edilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 isə Şəxs xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı onda hər-hanası bir məlumatın olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X3 isə məhkəmədə verdiyi izahatında Şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Bəhruz Kazımovun və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Elnur Bağırovun qanuni tələblərinə tabe olmayaraq bölməyə gəlməkdən yayınmaq istəməsini və Şəxs barəsində də məhz həmin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması səbəbi ilə İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. Qeyd edilməlidir ki, məhkəmə iclasında alınmış şahid izahatları ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X1 məhkəmədə verdiyi izahatı və Şəxs tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsinə dair qeyd təkzib edilmişdir. Çünki məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda o, məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar