Məhkəmə qərarları › İş №3(001)-5817/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5817/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5817/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X6, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, X14 icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12 Xidmətinin Bakı şəhər İdarəsi “Light-AB" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərdə iş icazəsi almış şəxslərin adlarına nazirliyin "Əmək və Məşğulluq" Mərkəzindən qüvvəyə minmədən müəyyən edilmiş işlərin yerinə yetirilməsinə görə cəlb edilməsində inzibati xətanın törədilməsində təqsirli bilmiş və İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixində MN ******* saylı qərar qəbul edərək Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə etmişdir. Bununla yanaşı X12 Xidmətinin Bakı şəhər İdarəsi ayrıca olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərdə iş icazəsi almış şəxslərin adlarına nazirliyin "Əmək və Məşğulluq" Mərkəzindən qüvvəyə minmədən müəyyən edilmiş işlərin yerinə yetirilməsinə görə cəlb edilməsində inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə xx.xx.2024-cü il tarixində MN ******* saylı X14 Protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. X12 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı 23 sentyabr 2024-cü il tarixli üst məktuba əlavə edilməklə poçt zərfi ilə göndərilmiş və xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. X12 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun və İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Qanunvericiliyə əsasən inzibati xəta üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Qərar qəbul edilərkən X12 Xidmətinin Bakı şəhər İdarəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin həll edilməsinin prosessual prinsiplərini və qaydalarını pozmuşdur, prosessual pozuntulara yol verilmişdir və bu səbəbdən şikayət təmin edilməli, X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməlidir. Sonradan poçt şöbəsindən əldə etdikləri X12 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-52303/2024 saylı bildirişlərində, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınan X15 və X4 adına nazirliyin "Əmək və Məşğulluq" altsistemində qüvvədə olan Əmək müqavilələri aşkar edilməmiş, həmin şəxslərin Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində X14 protokolun tərtib olunmasında iştirak etmələri bildirilmişdir. Bildirişlərdə qeyd edilən məsələnin araşdırılması ilə bağlı xx.xx.2024-cü il tarixində 5 saylı Bakı DOST Mərkəzinə yaxınlaşmış, izahatı alınmış və məsələni aydınlaşdıracaqlarına söz versələr də sonradan bəlli olmuşdur ki, heç bir şey araşdırılmamışdır. X16 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmış, müqaviləyə xx.xx.2024-cü il tarixində XM-04/24 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmişdir. X9 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmış, müqavilə xx.xx.2024-cü il tarixində 07/24 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmişdir. X16 və X5 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq qaydada aidiyyəti üzrə məlumat verilmişdir. X1 və X5 adlarının qalması onlardan asılı olmamışdır. Onlar üzərilərinə düşən vəzifəni yerinə yetirmişlər. Bundan başqa qeyd edilən şəxslərin işğaldan azad edilmiş ərazilərə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından getmələri mümkün deyildir. Çünki, hər hansı bir yolla getsələr belə, onlar artıq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri olmadıqları üçün işə cəlb edilmələri mümkünsüzdür. Portalda onların adlarının aşkar olunması o demək deyildir ki, həmin şəxslər əmək müqaviləsi olmadan işləyirlər. Onların vəzifəsi üzərilərinə düşən məlumatları ötürməkdir və həmin məlumatlar da aidiyyəti üzrə ötürülmüşdür. Bundan əlavə X16 və X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından işğal olunmuş ərazilərdə işləməsini təsdiq edən heç bir sübut yoxdur. X12 Xidmətinin Bakı şəhər İdarəsi Nazirliyin "Əmək və Məşğulluq" Mərkəzindən qüvvəyə minmədən müəyyən edilmiş işlərin yerinə yetirilməsini qeyd etməklə hansı işlərin və harada yerinə yetirilməsini nə ilə sübut edir?. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərinin görülməsi məqsədilə sahibkarlıq subyektlərini daim dəvət edir və sahibkarlıq subyektləri Prezidentin çağırışına qatılaraq bu işdə öz tövhələrini verirlər. X12 Xidmətinin bu cür fəaliyyəti, yəni ətraflı araşdırma aparmadan, sadəcə işlənilməyən sistemdən məlumat götürməklə X14 Protokol tərtib etməklə və ya İnzibati tənbeh vermə haqqında qərar qəbul etməklə sahibkarlıq subyektlərinin həm vəzifəli şəxslərini, həm də hüquqi şəxs kimi cərimə edilməsinə çalışması sahibkarlıq subyektlərinin işğaldan azad olunmuş əraziləri tərk etməsi ilə nəticələnəcəkdir. Belə ki, sahibkarlıq subyektinin tətbiq olunan cərimə məbləği qədər gəliri bəlkə də olmamışdır. Təsdiq olunmayan bir inzibati xətaya görə həm sahibkarlıq subyekti, həm də onun vəzifəli şəxsi ayrı- ayrılıqda təqsirli bilinirlər və əsas inzibati tənbeh növü olan cərimə tətbiq edilir, bu ədalətsizlikdir, özbaşınalıqdır və qarşısı məhkəmə tərəfindən alınmalıdır. X12 Xidmətinin Bakı şəhər İdarəsi "İnzibati icraat haqqında" Qanunun tələblərini yerinə yetirməmişdir. Halbuki, Qanun bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlartərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Onlara işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və məlum olan faktlar barədə məlumat verməyə, özümüzdə olan zəruri sübutları təqdim etməyə şərait yaradılmamışdır. Halbuki inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. X12 Xidmətinin Bakı şəhər İdarəsi qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borclu olduğu halda bu hərəkəti etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xətanın törədilməsində təqsiri sübut olunmur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi olaraq barəmdə başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata, şərait yaradılsa idi təqdim edilən sübutlar əsasında təqsirliliyi sübuta yetirilməyəcək və bununla da inzibati işə xitam veriləcəkdi. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X13 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, iş materiallarına əlavə etdikləri bildirişlərdə əmək müqaviləsi ləğvi bildirişləri vardır. Həmin əmək müqaviləsi ləğvi bildirişlərindən göründüyü kimi X16 ilə şirkətdə 03.06.24-cü ildə əmək müqaviləsi bağlamış, 10 iyun 2024-cü il tarixində yəni 1 həftə sonra əmək müqaviləsinə xitam verilmişdir. Bunda başqa X9 eyni qaydada 07.06.24-cü il tarixdə əmək müqaviləsi bağlamış lakin 09 iyun 2024-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. Qarabağın işğaldan azad olunmuş ərazilərində təxminən 125 şirkət var. Həmin 125 şirkətin nümayəndəsinin daxil olduğu qrupu Bakı Abadlıq Mərkəzi Xidmətinin əməkdaşı Çingiz müəllim idarə edir. Həmin şirkətdə işçi işə götürüləndə qrupda yazılır ki, hansı vaxtdan məlumat verilməlidir. Eyni zamanda işçinin işdən nə vaxt çıxdığı barədə də məlumat verilməlidir. Həmin bu şəxslər işdən çıxanda məlumat verilmişdir. Bu məlumatları Bakı Abadlıq Mərkəzi Xidməti ancaq hər həftənin 3-cü günü portala işləyir. Həmin müddətə qədər X12 Xidməti adı görürüsə, həmin bu işçini orda işləyən şəxs kimi görür, sistemdə və inzibati tənbeh haqqında məsələyə baxır. Halbuki artıq işçi bu şirkətin işçisi deyil. Bundan sonra Daxili İşlər Nazirliyinin portalında Bakı Abadlıq Mərkəzi Xidməti ilə Daxili İşlər Nazirliyi arasında birbaşa inteqrasiya olmadığına görə orda da, məlumatların sistemdən işlənilməsi, çıxarılması özü də, bir problemdir. Bunun üzərində də, hal-hazırda iş gedir. Əlavə olaraq hüquqi şəxsin vəzifəli şəxsi 02 sentyabr 2024-cü il tarixində X12 Xidmətində olmuş və izahat vermişdir. İzahatda bildirilmişdir ki, həmin şəxslər hüquqi şəxsin əməkdaşları deyil. Ancaq buna baxmayaraq X12 Xidməti həmin bu şəxsin izahatını nəzərə alacaqlarını bildirmişlər. Əfsuslar olsun ki, izahatı nəzərə almamışlar. Eyni zamanda X12 Xidməti həmin 2 nəfər şəxsi çağırıb dindirməli idi, onlara da, məlumat verilməliydi. Onlarla da, əlaqə saxlanılıb əmək müqaviləsi olmadan işğal edilmiş ərazilərdə işləyib işləməmələri dəqiqləşdirilməli idi. X12 Xidməti İnzibati orqandır. İnzibati orqan olduğu üçün İnzibati icraat haqında qanunun tələblərinə əməl olunmalıdır. Orda hər hansı bir inzibati xəta ilə bağlı araşdırma getməlidir, sorğular verilməlidir. Araşdırma kimlə bağlıdır onlar cəlb olunmalıdır. Yəni bütün bu proseslər inzibati icraat haqqında qanunun birbaşa tələbidir. Ancaq ki, X12 Xidməti sadəcə sistemdə görmüş və işi bitmiş hesab etmişdir. Əgər hər hansı bir hüquqi şəxs və onun vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunubsa bu ətraflı araşdırılmalıdır. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X10 bildirmişdir ki, axırıncı dəfə Apellyasiya məhkəməsində görüş keçirilən zaman Əmək Müfəttişliyinin rəhbərliyi ilə orda qərara alınmışdır ki, imkan daxilində həmin şəxslər çağırılıb dindirilməlidir. Bununla əlaqədar olaraq hesab edir ki, orda real vəziyyət o vaxt üzə çıxacaq ki, onlar tam olaraq dindirilsin. Daxili İşlər Nazirliyindən onlara göndərilən məlumatlarn araşdırılması zamanı müəyyən olunmuşdur ki, həmin şəxslərin adlarının portalda qalması davam edir. Lakin əmək müqavilələri hüquqi olaraq qüvvədə deyil. Bu da həmin şəxslərin hələ portalda qalması fəaliyyətini davam etdirməsi fikrini yaratmışdır. Eyni zamanda həmin vəziyyətdə olan orda xeyli sayda şəxslər var. Həmin şəxslər şirkətlər tərəfindən aparılmış, şirkət icazə aldıqdan sonra əmək müqaviləsinə xitam vermiş və həmin şəxslər o ərazidə qalmışdır. Polis belə o şəxsləri tutanda portalda həmin adları icazəsiz görür. Yəni onlara qarşı heç bir digər tədbir görülə bilmir. Bunla əlaqədar olaraq protokollar tərtib olunmuşdur. Eyni zamanda hüquqi şəxslər barədə qərar qəbul edilmiş, baxılması üçün məhkəməyə gödərilmiş, lakin hələ baxılmamışdır. Adətən bu yaranmış məhkəmə praktikasında məhkəmə 1-ci məsələnin hüquqi şəxslə bağlı həll olunmasını həyata keçirir sonra isə vəzifəli şəxslə bağlı həll olunmasını həyata keçirir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslər, rayon sakinləridir. Həmin şəxslərlə əlaqə saxlanılması mümkün olmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X16 arasında əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X16 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X14 iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan eləcə də qanunvericiliklə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müşahidə edilən araşdırma aparılmaqla şəxs barəsində yekun qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X11 və X5 əmək müqaviləsi bağlanmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 tərəfindən işlərə cəlb edilməsi sübutlar toplanmadan, X11 və X5 izahatları alınmadan, yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş icazə portalından əldə edilmiş məlumatlara əsaslanmaqla X8 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatda adları qeyd edilən şəxslərlə bağlanmış əmək müqavilələrinə xitam verildiyini və bundan sonra həmin şəxslərin heç bir işə cəlb olunmadığını bildirsə də bu hal araşdırılmamış, əlavə sübut toplanmamışdır. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə sorğu verilərək X16 və X9 ilə bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olubolmamaları dəqiqləşdirilməmişdir. Ona görə də, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək X14 iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X14 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X14 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən X14 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X14 iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar