Məhkəmə qərarları › İş №3(001)-5818/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5818/2020

19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5818/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis mayoru X1, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Kürdəmir rayonu, Ərəbqubalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 6, mənzil 72 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM : Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 tərəfindən Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəmə baxılması üçün təqdim edilmiş inzibati materialı araşdırarkən qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Azər Süleymanov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış HK-1/1179 saylı material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə rədd edilməsi, material üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraata xitam verilməsi qərara alınmışdır. İnzibati icraata xitam verilməsinə dair qərar qüvvədə olduğu halda Şəxs barəsində həmin hadisə ilə əlaqədar inzibati protokol tərtib olunmasını məhkəmə düzgün hesab etmir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə geri qaytarılsın. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar