Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5819/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib edilmiş 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasında toplanmış material baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən Qarabağ və Şərqi zəngəzur iqtisadi rayonuna girişin informasiya sistemin üzərindən məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış Şahid2 xx.xx.2024-cü il tarixdən, Şahid1 xx.xx.2024-cü il tarixdən, Şahid3 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Beləliklə, Şəxs tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmənin 17 oktyabr 2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin aparıcı məsləhətçisi X7 inzibati xəta haqqında protokolu münasibət bildirərək bildirmişdir ki, Şəxs MMC tərəfindən qeyd olunan inzibati xəta törədilmişdir. Bu səbəbdən məhkəmədən hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin 17 oktyabr 2024-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X8 izahat verərək bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, sözügedən işçilər həmin ərazidə işlədikləri zaman əmək müqaviləsi qüvvədə olmuşdur. Həmin işçilər ümumiyyətlə X6 Xidmətinə dəvət olunmamış, onların izahatları alınmamış, ətraflı araşdırma aparılmadan, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlər nəzərə alınmadan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu səbəbdən, barələrində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 24 oktyabr 2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Məhkəmə mübahisələri ilə iş sektorunun müdiri X5 məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid2, Şahid1 və Şahid3 izahatları alınmamış, işğaldan azad edilmiş ərazilərə nə vaxt daxil olması, nə vaxt çıxması, hansı əmək fəaliyyəti ilə məşğul olmaları barədə araşdırma aparılmamışdır. Həmin işçilərin məhkəmə iclasında dindirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Məhkəmə mübahisələri ilə iş sektorunun müdiri X2 şifahi vəsatəti təmin olunaraq, şahidlərin məhkəmə iclasında iştirakı təmin olunmuşdur. Məhkəmənin 24 oktyabr 2024-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 Cabir Cahan oğlu, Şahid1 və Şahid3 məxsus əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərini məhkəməyə təqdim etmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən aydın olmuşdur ki, Şahid2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də çalışmışdır. xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən aydın olmuşdur ki, Şahid1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də çalışmışdır. xx.xx.2024cü il tarixli əmək müqaviləsi bildirişindən aydın olmuşdur ki, Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də çalışmışdır. Şahid2 işğaldan azad olunmuş ərazilərə girişlə bağlı icazəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid3 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edir. Belə ki, sözügedən işçilərin xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi dövrdə əmək müqaviləsi qüvvədə olmuş və qanuna müvafiq qaydada işğaldan azad olunmuş ərazilərə girişlə bağlı icazə alınmışdır. Bu isə direktoru olduğu Şəxs MMC barəsində də İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilməsini istisna etdiyindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 noyabr 2024-cü il tarixli iclasında video-zəng vasitəsilə iştirakı təmin olunan Şahid1 ifadə verərək bildirmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra işğaldan azad olunmuş əraziələrdə Şəxs MMC tərəfindən işlərin görülməsinə cəlb edilməyib. Məhkəmənin 28 noyabr 2024-cü il tarixli iclasında video-zəng vasitəsilə iştirakı təmin olunan Şahid2 ifadə verərək bildirmişdir ki, bu ilin yay ayında əmək müqaviləsinə xitam verildikdən sonra işləməmişdir. İcazə müddətinin sonunadək işğaldan azad olunmuş ərazilərdə olsa da, işlərin görülməsinə cəlb olunmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri və proses iştirakçılarının izahatlarını qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar olunduğundan həmin maddə ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şahid2 xx.xx.2021ci il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də çalışmışdır. xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şahid1 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də çalışmışdır. xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şahid3 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də çalışmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X8 tərəfindən təqdim olunmuş çıxarışdan görünür ki, Şahid3 üçün xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, Şahid2 üçün isə xx.xx.2024-cü il tarixdə işğaldan azad olunmuş ərazilərə girişlə bağlı icazə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs barəsində işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış Şahid2 xx.xx.2024-cü il tarixdən, Şahid1 xx.xx.2024cü il tarixdən, Şahid3 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X6 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki, məhkəmə iclasında sənədlərin tədqiqi və sözügedən işçilərin ifadələrinin alınması nəticəsində aydın olmuşdur ki, həmin işçilər, yəni Şahid2, Şahid1 və Şahid3 işğaldan azad olunmuş ərazilərdə işlərin görülməsinə cəlb edildiyi dövrdə Şəxs MMC ilə bağladığı əmək müqaviləsi qüvvədə olmuş, əmək müqaviləsinə xitam verildikdən sonra isə həmin işçilər Şəxs MMC tərəfindən işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə cəlb edilməmişlər. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsaslı deyildir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tərtib olunan 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib olunmuş 08 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığından 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5819/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5819/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver