Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-582/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X10 iclas katibliyi ilə xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 15.02.2022-ci il tarixli, MN ******* nömrəli, 15.02.2022-ci il tarixli, MN ******* nömrəli, 15.02.2022-ci il tarixli, MN ******* nömrəli, 15.02.2022-ci il tarixli, MN ******* nömrəli və 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Material onunla əsaslandırılmışdır ki, X16 16.11.2021-ci il tarixdə əmlakının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X11 dəymiş ziyan 35 manat olduğundan 25.11.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir.Bundan başqa, X13 25.01.2022-ci il tarixdə əmlakının oğurlanması ilə bağlı Binəqədi RPİ-nin 43-cü PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİnin 43-cü PB-də toplanmış material üzrə X6 dəymiş ziyan 100 manat olduğundan 04.02.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Bundan başqa, X14 14.01.2022-ci il tarixdə əmlakının oğurlanması ilə bağlı Binəqədi RPİnin 43-cü PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PBdə toplanmış material üzrə X7 dəymiş ziyan 100 manat olduğundan 24.01.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Bundan başqa, X15 02.02.2022-ci il tarixdə əmlakının oğurlanması ilə bağlı Binəqədi RPİ-nin 43-cü PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X8 dəymiş ziyan 50 manat olduğundan 11.02.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Bundan başqa, X12 25.01.2022-ci il tarixdə əmlakının oğurlanması ilə bağlı Binəqədi RPİ-nin 43-cü PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X2 dəymiş ümumi ziyan 200 manat olduğundan 11.02.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Keçirilmiş tədbirlər nəticəsində qeyd olunan hadisələr üzrə Şəxs şübhəli olması müəyyən edilmişdir. Bu səbəblə Şəxs 14 fevral 2022-ci il tarixdə saxlanılaraq 43-cü PBnə gətirilmiş və sonuncunun izahatı alınan zaman hər şeyi etiraf etmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və tərəfindən sonuncu barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati orqanın nümayəndəsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə onların iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcburi halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarında olan 25.11.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X9 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli örətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, X11 hadisə zamanı 35 manat mələğində maddi ziyan dəymişdir. İş materiallarında olan 24.01.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli örətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, X7 hadisə zamanı 100 manat mələğində maddi ziyan dəymişdir. İş materiallarında olan 04.02.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli örətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, X6 hadisə zamanı 100 manat mələğində maddi ziyan dəymişdir. İş materiallarında olan 11.02.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli örətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, X8 hadisə zamanı 100 manat mələğində maddi ziyan dəymişdir. İş materiallarında olan 11.02.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli örətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, X2 hadisə zamanı 200 manat mələğində maddi ziyan dəymişdir. İş materiallarında olan 14.02.2022-ci il tarixli, AZA 017175 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14.02.2022-ci il tarixdə, saat 17:10-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16.11.2021-ci il tarixdə Nicat Məmmədova qarşı dələduzluq edərək 35 manat pulunu ələ keçirmişdir. İş materiallarında olan 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.01.2022-ci il tarixdə Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 9-da yaşayan Reyhan Əliyevaya məxsus evdən Asus markalı 100 manat dəyərində olan notbuku oğurlamışdır. İş materiallarında olan 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.01.2022-ci il tarixdə Binəqədi rayonu, 1-ci mədən korpus 22-də olan evdə yaşayan Fuad Cahangirova məxsus 100 manat dəyərində laqonda, direl və ütünü oğurlamışdır. İş materiallarında olan 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02.02.2022-ci il tarixdə Görədil Bağlar massivində yaşayan Niyazi Abdullayevə məxsus evdən 50 manat dəyərində şirəçəkəni oğurlamışdır. 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02.02.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Sərvan Qocayevə məxsus 200 manat dəyərində açar dəsti və akkumulyatoru oğurlamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-582/2022 saylı, 15.02.2022-ci il tarixli qərara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3 (üç) ay müddətə inzibati həbs edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-506/2022 saylı, 22.02.2022-ci il tarixli qərara əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsinə dair 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi, Şəxs barəsində tətbiq edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi qərara alınmışdır. İş materialları ilə Şəxs tərəfindən protokolda qeyd edilmiş əməlin törədilməsi öz təsdiqini tapmır.Belə ki, PB tərəfindən natamam araşdırma aparılmışdır. Məhkəmə tərəfindən dindirmə zamanı Şəxs protokolda qeyd edilən ona törətdiyi istinad edilən əməldən xəbərsiz olması, izahatının hansı şəraitdə təzyiq altında alınıbalınmaması, o cümlədən inzibati orqanın nümayəndəsindən izahatda yazılanları sadəcə təsdiq edirəm deməsi məhkəmədə onun tərəfindən mobil telefonun oğurlanmasına dair kifayət qədər şübhə yaratmışdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də, şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O cümlədən iş materialları ilə törədildiyi iddia edilən inzibati xəta nəticəsində dəymiş ziyanın məbləğinin nəyə əsasən 350-400 manat hesablandığını müəyyən etmək mümkün deyildir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin İXM-nin 227-ci maddəsinin dispozisiyasından da göründüyü kimi oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq xırda talama hesab edilir. Oğurlanmış əmlak olsa belə əməlin qeyd edilən şəxs tərəfindən törədilməsi və onun əməli nəticəsində ziyan vurulmadığından İXM-nin 227-ci maddəsi üzrə inzibati xəta tərkibi yaranmır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-582/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-582/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver