Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5833/2025 21.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş-leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş-leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş 21 avqust 2025-ci il tarixli, MN ******* nömrəli, eləcə də, həmin Məcəllənin 206-cı maddəsi ilə tərtib olunmuş 21 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. Həmin protokollara əsasən, Şəxs 19 avqust 2025-ci il tarixdə, səhər saat 08 radələrində Zərərçəkmiş şəxs evindən təmir alətlərini oğlurlamış, saxlanıldıqdan sonra Polis Bölməsinə müəyyən edilmişdir ki, o, həm də 19 avqust 2025-ci il tarixdə təxminən saat 10:15 radələrində Binəqədi rayonu, Xocəsən qəsəbəsində yarımtikilidə psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, 20 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Binəqədi RPİ-nin 40-cı PB-yə müraciət edərək, evində usta işləmiş Nurayyət adlı şəxs tərəfindən evindən ümumilikdə 130 manat dəyərində təmir alətlərinin oğurlandığını bildirmişdir. Həmin tarixdə, saat 18:00-da Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilmiş, verdiyi izahatında Şəxs həmin alətləri oğurladığını etiraf etmişdir. Eyni zamanda, o, 19 avqust 2025-ci il tarixdə, səhər saat 10:15 radələrində Xocəsən qəsəbəsində yarımtikilidə psixotrop maddə olan metamfetamin qəbul etdiyini də etiraf etmişdir. Araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, bundan sonra Şəxs barəsində hazırki protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Nurayyəti təxminən 7-8 aydır ki tanıyır, belə ki, Nurayyət əvvəllər onun atasının evində işləmiş, o, atasının məsləhəti ilə Nurayyəti öz evində də usta kimi işlətmişdir. 20 avqust 2025-ci il tarixdə aşkar etmişdir ki, Nurayyət onun evindən dəyəri 90 manat olan bir ədəd preparator, dəyəri 40 manat olan 1 ədəd direli oğurlamışdır. Nəticədə ona 130 manat maddi ziyan dəymiş, zərər ödənilməmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, başqa evlərdə də usta kimi işləməsi üçün Zərərçəkmiş şəxs 1 ədəd direl xahiş etmiş, Azər də razılaşaraq həmin direli ona vermişdir. Yəni, o, direli gizlin olaraq götürməmişdir. Digər əşyalardan isə məlumatı yoxdur. Həmçinin, 19 avqust 2025-ci il tarixdə, səhər saatlarıda Xocəsən qəsəbəsində psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Əməlindən peşmandır. İş materiallarında olan: - Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarov tərəfindən qəbul edilmiş 21 avqust 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarına əsasən, Zərərçəkmiş şəxs ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Bölmənin aidiyyəti əməkdaşlarına həvalə edilmişdir. - “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 20 avqust 2025-ci il tarixdə, saat 18:00-da tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 avqust 2025-ci il tarixli, 5139 nömrəli rəyində göstərilmişdir ki, məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MET(+), MOP (+), AMP(+) aşkar olundu. Müayinə zamanı öz deməsinə görə 3 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Müayinə zamanı Şəxs Psixosimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs 26 mart 2022-ci il tarixdən Lənkəran rayon MX-də F11x2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar əsaslıdır. Şəxs məhkəmə iclasındakı izahatında Zərərçəkmiş şəxs evindən 1 ədəd direl götürdüyünü, həmin direli Azərin könüllü olaraq ona verdiyini, qalan əşyalardan məlumatı olmadığını bildirsə də, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, polisə verdiyi izahatında oğurluq etdiyini etiraf etmişdir. Beləliklə, Şəxs həmin inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirilmiş və törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 206 və 227-ci maddələrində göstərilən inzibati xəta hadisələrinin törədilməsi sübuta yetirilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətalara görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətaların xarakterini və İXM-nin 34.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 206 və 227-ci maddələri ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 227-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 227-ci maddəsinin sanksiyası həddində 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 avqust 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2022-ci il tarixdən Lənkəran rayon Mərkəzi Xəstəxanasında (F11x2 diaqnozu ilə) dispanser qeydiyyatında olması nəzərə alınsın. Qərarın icrası inzibati həbs hissəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5833/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5833/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver