Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-586/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 12 dekabr 2024-ci il tarixli EP ******* №-li inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 17 yanvar 2025-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Mərkəzi Bankının 10 yanvar 2025-ci il tarixli 6-1-16/2-312/2025 №-li məktubu ilə hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 12 dekabr 2024-ci il tarixli EP ******* №-li Protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, materiala əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)-6918/2024 nömrəli qərardadından görünür ki, sözügedən inzibati xəta haqqında protokol natamam olduğundan, işə baxılarkən natamamlığı tamamlamaq mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmışdır. Məhkəmənin qərardadı qüvvədədir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan qərardadda göstərilmiş natamamlığı aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmiş, müraciətinə İXM-in 101.1-ci maddəsi ilə həmin Məcəllənin 100.2 və 100.4-cü maddəsinin əlaqəli şəkildə şərh edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair vəsatət əlavə etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib olunmuş 12 dekabr 2024-ci il tarixli EP ******* №-li Protokolda işə baxılarkən tamamlamaq mümkün olmayan natamamlıqlar vardır, buna dair qüvvədə olan məhkəmə qərardadı mövcuddur, protokolu tərtib etmiş orqan isə natamamlığı aradan qaldırmadan protokolu məhkəməyə göndərmişdir. Qüvvədə olan məhkəmə qərardadı olduğunu nəzərə alan məhkəmə hesab edir ki, protokolu tərtib etmiş orqan natamamlığı aradan qaldırdıqdan sonra protokolu məhkəməyə göndərməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İXM-in 101.1-ci maddəsi ilə həmin Məcəllənin 100.2 və 100.4-cü maddəsinin əlaqəli şəkildə şərh edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair vəsatətlə bağlı məhkəmə qeyd edir ki, İXM-in 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslərin vəsatətlərinə baxılması üçün iş ilk növbədə icraata qəbul edilməlidir. Yuxarıda qeyd edildiyi kimi qüvvədə olan məhkəmə qərardadında göstərilmiş protokoldakı natamamlığın aradan qaldırılmaması protokolun icraata qəbul edilməsinə yol vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1-ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 12 dekabr 2024-ci il tarixli EP ******* №-li inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-586/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-586/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver