Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5865/2025 25.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş 02 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol”u işin baxılmasına hazırlanması mərhələsində nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Binəqədi rayon DYPŞ tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə 02 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iş materialları protokola baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İXM-nin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xəta olduğundan və həmin inzibati xəta hərəkətsizliklə törədildiyindən, ona inzibati xəta hadisəsini törətmiş şəxsin yaşayış yeri üzrə məhkəmədə baxılmalıdır. İş materiallarından görünür ki, X1 yaşayış ünvanı Xocavənd rayonu, Xocavənd kəndidir. İXM-nin 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, hakim inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin göstərilən maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş 02 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” üzrə iş materialları baxılması üçün aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5865/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5865/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver