Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-588/2025 04.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Şəxs nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 21663.38 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs 21663.38 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Odur ki, məhkəmədən hüquqi şəxsin təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq cəmiyyətin barəsində eyni əsaslarla tərtib edilmiş başqa inzibati xəta haqqında protokolun məhkəmə göndərildiyini, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həmin iş üzrə icraata xitam verildiyini, həmin qərardan tərəflərindən verilmiş apellyasiya şikayətinin isə təmin edilmədiyini, lakin malların fiziki olaraq azərbaycan Respublikasının ərazisinə daxil olmadığından həmin qərarla razı olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X4 bildirmişdir ki, xx.xx.2022-ci il tarixində "R.A X1" MMC, "X5" va "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" 3 tərəfli vasitəçilik xidmətlərinin göstərilməsi barədə 01/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında "R.A X1" MMC ilə X2 fəaliyyət göstərən "X5" şirkəti arasında xx.xx.2022-ci il tarixində 01-160522 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-cu il tarixində "R.A X1" MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" şirkəti arasında 08072022 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən "R.A X1" MMC, "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" -nin sifariş etdiyi malları "X5"-dən alaraq "SPECİAL TECHNİCAL SOLUTİONS LLC"-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar olaraq 11 noyabr 2022-ci il tarixində nömrəsi 000012 olan invoys verilmişdir. Həmin invoysun ümumi dǝyǝri 44433.89 AZN (qırx dörd min dörd yüz otuz üç manat səksən doqquz qəpik) təşkil etmişdir. Həmin invoys üzrə qeyd edilən mallar "X5" şirkətindən ******* nömrəli invoysla alınmışdır. 000012 nömrəli invoys üzrə 14 noyabr 2022-ci il tarixində 44433.89 manat vəsait "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" tərəfindən "R.A X1" MMC-yə köçürülmüşdür. 000012 nömrəli invoys üzrə qeyd edilən mallar "R.A X1" MMC tərəfindən ******* nömrəli invoysla 11 noyabr 2022-ci il tarixində 21663.38 USD məbləğ "X5" şirkətinə köçürülmüşdür. Bu əməliyyatlar üzrə 2188.41 USD malların Rusiya Federasiyasına çatdırılması üçün logistika şirkətlərinə ödənilmiş. 99.99 USD pul köçürmələri zamanı komissiya olaraq ödənilmişdir. 44433.89 manatın 4 %-i, yəni 1777.36 manat isə "R.A X1" MMC- nin vasitəçilik xidmətinə görə əldə etdiyi gəlir olmuş, həmin gəlirdən də dövlətə mənfəət vergisi ödənilmişdir. Yuxarıda qeyd edilən 000012 nömrəli invoys üzrə mallar Türkiyə Respublikasının ərazisinə, odadan isə Rusiya Federasiyasına göndərilmişdir. Təqdim edilən gömrük bəyannamələri də təsdiq edir ki həmin mallar SPECİAL TECHNİCAL SOLUTİONS LLC tərəfindən Rusiya Federasiyasının ərazisinə daxil edilmişdir. Bundan başqa cəmiyyətin barəsində tərtib edilmiş anlaloji protokola Binqədi Rayon Məhkəməsi tərəfindən baxılaraq əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti isə təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21663.38 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Buna görə də, hüquqi şəxs barəsində İXMnin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Rabitəbank” tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan, əlavə edilmiş çıxarışdan görünür ki, R.A X1” Məhdud Məsuliyyətli Cəmiyyəti 21663.38 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də ölkəyə idxalı təsdiq edən sənədləri banka təqdim etməmişdir. xx.xx.2022-ci il tarixli “Xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığı”dan görünür ki, Şəxs tərəfindən 21663.38 ABŞ dolları məbləğində vəsait xx.xx.2022-ci il tarixli 01-160522 nömrəli müqaviləyə və xx.xx.2022-ci il tarixli, ******* nömrəli invoysa(fakturaya) əsasən “X5” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, ******* nömrəli fakturadan (proforma invoice) görünür ki, “X5” şirkəti tərəfindən R.A X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 21663.38 ABŞ dolları məbləğində mallar təqdim edilməsinə dair invoys verilmişdir. xx.xx.2022-ci il tarixli 01/22 saylı müqavilədən görünür ki, "R.A X1" MMC, "X5" va "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" 3 tərəfli “Satış üzrə mediasiya (vasitəçilik) xidmətlərinin göstərilməsi barədə razılaşma imzalanmışdır. Həmin razılaşmanın 1-ci bəndinə əsasən iştirakçılar Şəxs MMC-ni öz işləri üzrə mediator(vasitəçi) təyin etmiş, tərəflər vasitəçi Şəxs MMC-yə hər iki tərəf arasında bütün alqı-satqı müqavilələri üzrə ödənilən vəsaitin 4%-ni ödəməyi qəbul etmişlər. xx.xx.2022-ci il tarixli, 01-160522 nömrəli müqavilədən görünür ki, Şəxs MMC ilə “X5” şirkəti arasında alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 08072022 nömrəli müqavilədən görünür ki, R.A X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkəti arasında alğısatqı müqaviləsi bağlanmışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "R.A X1" MMC, "X5" va "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" arasında 3 tərəfli “Satış üzrə mediasiya (vasitəçilik) xidmətlərinin göstərilməsi barədə xx.xx.2022-ci il tarixli 01/22 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən iştirakçılar Şəxs MMC-ni öz işləri üzrə mediator(vasitəçi) təyin etmiş, tərəflər vasitəçi Şəxs MMC-yə hər iki tərəf arasında bütün alqı-satqı müqavilələri üzrə ödənilən vəsaitin 4%-ni ödəməyi qəbul etmişlər. Bü müqaviləyə əsasən Şəxs MMC ilə “X5” şirkəti arasında xx.xx.2022-ci il tarixli, 01-160522 nömrəli, Şəxs ilə SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkəti arasında xx.xx.2022-ci il tarixli, 08072022 nömrəli alğı-satqı müqavilələri bağlanmışdır. Bağlanmış həmin müqavilələr əsasında SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkəti tərəfindən Şəxs MMC-yə köçürülmüş vəsait sonuncu tərəfindən “X5” şirkətinin hesabına köçürülmüş, köçürülən vəsaitin müqabilində “X5” şirkəti tərəfindən mallar Türkiyə Respublikasına, ordan isə "SPECİAL TECHNİCAL SOLUTİONS LLC-nin fəaliyyət göstərdiyi Rusiya Federasiyasına göndərilmiş, həmin vasitəçilik xidmətinə görə Şəxs MMC-yə küçürülmüş məblığin 4%-i miqdarında komissiya verilmişdir. Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas malların Azərbaycan Respublikasına idxal edilməməsi olmuşdur. Lakin işin hallarından da görünüdüyü kimi, Şəxs MMC üç tərəfli müqaviləyə əsasən vasitəçilik xidməti göstərmiş və mallar bir başqa "X5" şirkətindən alınaraq "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" şirkətinə çatdırılması üçün ilk öncə Turkiyə Respublikasına, ordan isə həmin Rusiya Federasiyasına çatdırılmış, malların çatdırılması iş materiallarında olan gömrük bəyannamələri ilə də təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC vasitəçilik xidməti göstərdiyindən və iki şirkət arasında olan əməliyyatlarda ümumi məbləğin 4%-i miqdarında gəlir əldə etdiyindən və mallar faktiki olaraq "X5" şirkətindən alınaraq "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" şirkətinə təqdim edildiyindən, həmin malların faktiki olaraq Azərbaycan Respublikasına idxal edilməməsi əsası ilə Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən protokol tərtob edilməsi əsassız və qanunsuzdur və cəmiyyətin əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibi movcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-588/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-588/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver