Məhkəmə qərarları › İş №3(001)-589/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-589/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-589/2025 14.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs Firmasının nümayəndəsi Nümayəndə2, "xxxx" Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 09 yanvar 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Firması 42908,58 ABŞ dolları məbləğində olan pul vəsaitini 16 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 14414,40 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 17 dekabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Şəxs Firması tərəfindən 42908,58 ABŞ dolları məbləğində pul vəsaitini 16 dekabr 2022-ci il tarixdə Hindistanda fəaliyyət göstərən X3 Suppliers şirkətinin hesabına köçürülmüşdür. Köçürülmüş vəsaitinin 28494,18 dollar hissəsində düyü məhsulları ölkə ərazsinə idxal edilsə də, 14414,40 ABŞ dolları müqabilində mallar iki il ərzində ölkə ərazsinə idxal edilmədiyindən tərəflərindən Şəxs Firması barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.Qeyd edilənləri nəzərə alaraq Şəxs Firmasını inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxs ilə Hindistanda fəaliyyət göstərən X3 Suppliers şirkəti arasında 15 oktyabr 2022-ci il tarixdə bir tonunun qiyməti 429 dollar, hər qablaşdırma 30 kq olmaqla ümumilikdə 42908,58 dollarlıq “Raystek” düyüsünün alışı ilə bağlı müqavilə imzalanmış, həmin tarixdə də 42.905,58 dollarlıq invoys təqdim edilmişdir. Həmin müqavilə və invoysa əsasən 42908,58 ABŞ dolları vəsait firmanın "xxxx" ASC-də olan bank hesabından xx.xx.2022-ci il tarixdə köçürülmüşdür. Köçürlmüş həmin vəsaitin müqabilində mallar ölkə ərazsinə idxal edilmişdir. Lakin mallar ayrı ayrı vaqonlarla ölkə ərazsinə gətirildiyindən Mərkəzi Bank tərəfindən malların bir qisminin gətirilməməsi əsası ilə əsassız protokol tərtib edilmişdir. Tərtib edilmiş həmin protokolla razı deyillər. Belə ki, xx.xx.2023-cü il tarixli **********4521 saylı bəyannamə ilə 28494,18 dollar dəyərində 66420 kq “Raystek” markalı düyü idxal edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli **********3798 saylı və xx.xx.2023-cü il tarixli **********3981 saylı bəyannamələrlə “Aladdin” markalı düyü ilə yanaşı, hər bir bəyannamə üzrə hər biri 30 kiloqramlıq kisələrdə olmaqla 560 kisə olan, 16800 kq “Raystek” markalı olmaqla ümumilikdə 1120 kisə, 33600 kiloqram düyü idxal edilmişdir. X2 Grain Suppliers şirkəti tərəfindən “Raystek” markalı ümumilikdə 33600 kiloqram düyü məhsulları digər müqavilə üzrə alınan “Aladdin” markalı düyü ilə birlikdə göndərilmiş, bəyannamə təqdim edilərkən “Raystek” markal düyü məhsulunun alınması üçün bağlanmış müqavilənin nömrəsi texniki səhv olaraq qeyd edilməmişdir. Lakin faktiki olaraq xx.xx.2022-ci il tarixdə göndərilmiş 42908,58 dollar müqabilində “Raystek” düyüsü tərflərindən ölkə ərazsinə idxal edilmişdir. Eyni zamanda bununla bağlı X3 Suppliers şirkətinin 12 fevral 2025-ci il tarixli məktubu ilə də tərəflərindən göndərilmiş 42908,58 dollar vəsaitə görə malların 3 hissədə göndərildiyi, texniki səhv olaraq müqavilənin nömrəsinin hesab-fakturalarda göstərilmədiyini, həmin müqavilə çərçivəsində hər hansı borc öhdəliklərinin qalmadığı bildirilmişdir. Göstərilənlərə əsasən, İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP0191037 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və "Babək” Firması barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində səlahiyyətli orqanın nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə informasiya sistemi ilə ərizə göndərərk "xxxx" Firması barəsində tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(001)-589/2025 saylı inzibati işdə malların ölkəyə idxalını və ya valyuta vəsaitinin xaricdən geri qaytarılmasını təsdiq edən hər hansı sənəd təqdim olunmadığından Şəxs Firmasının barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Babək” Firması 42908,58 ABŞ dolları məbləğində olan pul vəsaitini 16 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 14414,40 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə Şəxs Firması ilə X3 Suppliers şirkəti arasında bağlanamış İAGS/CN/104/22-23 nömrəli müqavilədən görünür ki, tərəflər arasında bir tonunun qiyməti 429 ABŞ dolları olmaqla hər biri 30 kiloqramlıq kisələrdə qablaşdırılmaqla 42908,58 ABŞ dolları dəyərində “Raystek” markal düyü məhsulunun alınması barədə müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, Şəxs Firması tərəfindən xx.xx.2022-ci il tarixli İAGS/CN/104/22-23 nömrəli müqavilətə əsasən X3 Suppliers şirkətinin hesabına xx.xx.2022-ci il tarixdə 42908,58 ABŞ dolları vəsait köçürülmüşdür. xx.xx.2022-ci il tarixli İAGS/P1/104/22-23 saylı invoysdan görünür ki, satıcı X3 Suppliers şirkəti tərəfindən bir tonunun qiyməti 429 dollar olmaqla 100020 ton olan, dəyəri 42908,58 dollar təşkil edən “Raystek” markalı düyü məhsulunun satışı ilə əlaqədar invoys təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli İAGS/231/22-23 saylı invoysdan görünür ki, satıcı X3 Suppliers şirkəti tərəfindən bir tonunun qiyməti 429 ABŞ dolları olmaqla 66,420 ton “Raystek” markalı düyü məhsulunun satışı ilə əlaqədar invoys təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli İAGS/246A/22-23 saylı invosydan görünür ki, satıcı X3 Suppliers şirkəti tərəfindən bir tonunun qiyməti 429 ABŞ dolları olmaqla 16,800 ton “Raystek” markalı düyü məhsulunun satışı ilə əlaqədar invoys təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli LAGS/246B/22-23 saylı invoydan görünür ki, satıcı X3 Suppliers şirkəti tərəfindən bir tonunun qiyməti 429 ABŞ dolları olmaqla 16,800 ton “Raystek” markalı düyü məhsulunun satışı ilə əlaqədar invoys təqdim edilmişdir. xx.xx.20232-cü il tarixli **********3798 saylı yük gömrük bəyannaməsində görnür ki, Şəxs Firması tərəfindən X3 Suppliers şirkətindən alınmış hər biri 25 kiloqramlıq kisədə olmaqla 2000 kisə, 50000 kiloqram “Aladdin” markalı düyü ilə yanaşı hər biri 30 kiloqramlıq kisədə olmaqla 560 kisə, yəni 16800 kiloqram olan “Raystek” markalı düyü məhsulu idxal edilmişdir. xx.xx.2022-ci il tarixli **********3981 saylı yük gömrük bəyannaməsində görnür ki, Şəxs Firması tərəfindən X3 Suppliers şirkətindən alınmış hər biri 25 kiloqramlıq kisədə olmaqla 2000 kisə, 50000 kiloqram “Aladdin” markalı düyü ilə yanaşı hər biri 30 kiloqramlıq kisədə olmaqla 560 kisə, yəni 16800 kiloqram “Raystek” markalı düyü məhsulu idxal edilmişdir. xx.xx.2023-cü il tarixli **********4521 saylı yük gömrük bəyannaməsindən görünür ki, Şəxs Firması tərəfindən X3 Suppliers şirkətindən alınmış, hər biri 30 kiloqramlıq qablaşdırmada olmaqla ümumilikdə 2214 kisə, invoys dəyəri 28494,18 dollar təşkil edən 66420 kiloqram “Raystek” markalı düyü idxal edilmişdir. X3 Suppliers şirkəti tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 120225/01 saylı məktubda göstərilmişdir ki, 15 oktyabr 2022-ci il tarixində Şəxs şirkəti və X3 Suppliers arasında 100,020 ton "Raystek" düyüsünün hər ton üçün 429 ABŞ dolları qiyməti ilə ümumi 42.908,58 ABŞ dolları məbləğində alqı-satqısına dair İAGS/CN/104/22-23 nömrəli müqavilə bağlanmışdır. Müqavilə çərçivəsində malın tədarükü hissə-hissə üç kommersiya hesab-fakturası ilə həyata keçirilmişdir: -İAGS/231/22-23 (17 noyabr 2022)-66,420 ton, hər ton üçün 429 ABŞ dolları. -İAGS/246A/22-23 (23 noyabr 2022)-16,800 ton, har ton üçün 429 ABŞ dolları. -LAGS/246B/22-23 (23 noyabr 2022)-16,800 ton, har ton üçün 429 ABŞ dolları. Lakin texniki səhv səbəbindən İAGS/CN/104/22-23 nömrəli müqavilənin nömrəsi İAGS/246A/22-23 və JAGS/2468/22-23 kommersiya hesab-fakturalarında göstərilməmişdir. Təsdiq edirik ki, qeyd olunan hesab-fakturalar 15 oktyabr 2022-ci il tarixli İAGS/CN/104/22-23 nömrəli müqavilənin icrası çərçivəsində təqdim olunmuşdur və müqavilənin bütün şərtləri yerinə yetirilmişdir. Buna əsasən, tərəfilərindən heç bir borc öhdəliyi qalmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Firmasınin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Lakin məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Firması ilə Hindistanda fəaliyyət göstərən X3 Suppliers şirkəti arasında 15 oktyabr 2022-ci il tarixdə hər qablaşdırma 30 kiloqramlıq kisələrdə olmaqla, bir tonunun qiyməti 429 dollar olan, ümimi miqdarı 100,020 ton təşkil edən 42908,58 dollar dəyərində “Raystek”markalı düyü məhsulunun alışı ilə bağlı müqavilə imzalanmış, X3 Suppliers şirkəti tərəfindən həmin tarixdə İAGS/P1/104/22-23 saylı invoys təqdim edilmişdir. Həmin müqavilə və invoysa əsasən 42908,58 ABŞ dolları həcmində vəsait firmanın "xxxx" ASC-də olan bank hesabından xx.xx.2022-ci il tarixdə satıcı şirkətin hesabına kpöçürülmüşdür. Bağlanmış müqaviləyə və köçürülmüş vəsaitə əsasən ümumilikdə 100,20 ton təşkil edən 42908,58 dollarl dəyərində “Raystek” markal düyü məhsulu Şəxs Firması təırəfindən ölkə ərazsinə idxal edilmişdir. Belə ki, xx.xx.20232-cü il tarixli **********3798 saylı yük gömrük bəyannaməsinə əsasən hər biri 25 kiloqramlıq kisədə olmaqla 2000 kisə, 50000 kiloqram “Aladdin” markalı düyü ilə yanaşı hər biri 30 kiloqramlıq kisədə olmaqla 560 kisə, yəni 16800 kiloqram “Raystek” markalı düyü məhsulu, xx.xx.2022-ci il tarixli **********3981 saylı yük gömrük bəyannaməsi ilə hər biri 25 kiloqramlıq kisədə olmaqla 2000 kisə, 50000 kiloqram “Aladdin” markalı düyü ilə yanaşı hər biri 30 kiloqramlıq kisədə olmaqla 560 kisə, yəni 16800 kiloqram “Raystek” markalı düyü məhsulu və xx.xx.2023-cü il tarixli **********4521 saylı yük gömrük bəyannaməsi ilə hər biri 30 kiloqramlıq qablaşdırmada olmaqla ümumilikdə 2214 kisə olan, invoys dəyəri 28494,18 dollar təşkil edən 66420 kiloqram “Raystek” markalı düyü məhsulu öldə ərazsinə idxal edilmişdir. Görünüdüyü kimi Şəxs Firması tərəfindən xx.xx.2022-ci il tarixdə köçürülmüş 42908,58 ABŞ dolları vəsaitə görə 2023-cü ilin 12-13 yanvar tarixlərində ümumilikdə 100020 kiloqram (16800+16800+66420=100020) və ümumi dəyəri 42908,58 ABŞ dolları təşkil edən (100,020x429) “Raystek” markalı düyü məhsulu ölkə ərazsinə idxal edilmiş, lakin yük gömrük bəyannamələri təqdim edilərkən texniki səhv olaraq müqavilə nömrəsi düzgün qeyd edilməmişdir. Qeyd edilənləri malın satıcısı X3 Suppliers şirkəti də təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubu ilə təsidq etmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 430.4-cü maddəsi ilə məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə yaranır. Hazırkı halda Şəxs Firması tərəfindən köçürülmüş vəsaitə görə mallar tam şəkildə idxal edildiyindən, lakin yük gömrük bəyannaməsində müqavilə və invoys nömərlərinin texniki səhv olaraq digər nömrələr göstərilməsi əsası ilə Şəxs Firmasını inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Firması barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Firması tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı baş verməmişdir. Belə ki, Şəxs Firması tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 42908,58 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına faktiki olaraq idxal edilmişdir. Bu isə onu göstərir ki, xx.xx.2025-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Firmasınin əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs Firmasınin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Firmasınin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar