Məhkəmə qərarları › İş №3(001)-591/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-591/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-591/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi ilə, Kuripko Olehin vəkili Vəkil Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə Kuripko Olehin vəkili Vəkil inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işə baxaraq, MÜƏYYƏN ETDİ: Oleh Kuripkonun vəkili Vəkil tərəfindən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş 10.02.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmişdir. Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 qeyd etmişdir ki, inzibati xəta hadisəsi Sumqayıt şəhər ərazisində törədilmişdir. Belə ki, Oleh Kuripkonun yazılı izahatında bildirdiyi, mütəxəssis kimi işlədiyi yer "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1eri isə ünvan 2 ünvanıdır. O qeyd etmişdir ki, işə Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, həmin şikayətə "xxxx" MMCnin hüquqi ünvanının olduğu yerdə baxılmalıdır. Belə ki, inzibati orqan tərəfindən tərtib edilmiş protokolda Oleh Kuripkonun "xxxx" MMC-də mütəxəssis kimi işlədiyi qeyd edilmişdir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestr məlumatından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 4inə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Oleh Kuripkonun vəkili Vəkil tərəfindən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş 10.02.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar