Məhkəmə qərarları › İş №3(001)-5914/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5914/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5914/2020 23.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokollara dair toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İXM-in 464-cü maddəsi ilə Şəxs barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Korkmaz Group» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Yapsan» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Plastcon Group» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Klassik-2018» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli və «Elay-Group-2018» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilib, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İXM-in 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materialdan müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İXM-in 464-cü maddəsi ilə ayrı-ayrı hüquqi şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək bir icraat materialında toplanmaqla baxılması üçün məhkəməyə verilmişdir. Halbuki, bu hal qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilməlidir ki, qanunvericilik tərəfindən görə bir şəxs barəsində iki və ya daha çox inzibati xəta haqqında protokolun tərtib edilərək bir icraatda birləşdirilməsi nəzərdə tutulsa da, müxtəlif şəxslər barəsində ayrı-ayrı inzibati xəta haqqında protokolun tərtib olunaraq bir icraatda birləşdirilməsi müəyyən edilməmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı səlahiyyətli şəxs tərəfindən toplanmış materialın İXM-in tələblərinə uyğun olmaması müəyyən edilmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İXM-in 464-cü maddəsi ilə Şəxs barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Korkmaz Group» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Yapsan» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Plastcon Group» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Klassik-2018» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli və «Elay-Group-2018» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İXM-in 464-cü maddəsi ilə Şəxs barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Korkmaz Group» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Yapsan» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Plastcon Group» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, «Klassik-2018» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli və «Elay-Group-2018» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar