Məhkəmə qərarları › İş №3(001)-5932/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5932/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5932/2024 16.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs Azərbaycan Respublikasının İXM-in 332.1, 332.4 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş X1 protokolun icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi RPİ-in 03 oktyabr 2024-cü il tarixli müşayiətedici məktubu ilə Şəxs Azərbaycan Respublikasının İXM-in 332.1, 332.4 və 327.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 26 aprel 2024-cü il tarixli İXP seriyalı ******* №-li X1 Protokol daxil olmuşdur. X1 protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxs məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə X1 protokol daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:... X1 protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;.... Eyni Məcəllənin 109.1-ci və 109.1.6-cı maddələrinə əsasən X1 işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:...protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. İşin təsvir edilmiş hallarını və sadalanmış hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxs məhkəməyə təqdim edilmədiyindən X1 protokol onu tərtib etmiş orqana – Bakı şəhəri Binəqədi RPİ-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İXM-in 332.1, 332.4 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş 26 aprel 2024-cü il tarixli İXP seriyalı ******* №-li X1 Protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar