Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-594/2022 02.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə X4 vəkili Vəkil inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin şöbə rəisi X7 tərəfindən qəbul edilmiş 10.02.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Moldova Respublikasının vətəndaşı, iş adamı cənab Cecan Filip (Pasport № AB 1321662) Azərbaycan Respublikası ərazisində yerləşən biznes fəaliyyətinə sərmayə qoymaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar aparmaqdadır.Qeyd edilən danışıqlar mis istehsalı zavodunun alınması və həmin zavoda sərmayə qoyularaq işlədilməsindən ibarətdir.Cənab Cecan gələcəkdə həmin zavodda işləmək üçün iş təklifi göndərdiyi ukraynalı mütəxəssisləri hazırki mərhələdə Zavodun alış qiymətinin və qoyulacaq sərmayənin hesablanması məqsədi Bakı şəhərinə dəvət etmişdir. Bu mütəxəssislər: Kuripko Oleh, Kurtiev Stepan, Laptiev Yurii və Redko Anatolii olmuşlar. Göstərilən mütəxəssislər Azərbaycan Respublikası ərazisinə 18 yanvar 2022-ci il tarixdə gəlmiş və gəldikdən sonra Azərbaycan Respublikası ərazisində 05 fevral 2022-ci il tarixə qədər COVİD 19 virusundan, evdə, özünütəcrid şəraitində müalicə olunmuşlar.09 fevral 2022-ci il tarixdə adları yuxarıda göstərilən mütəxəssislər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinə dəvət edilmişlər.Mütəxəssislərdən 3 nəfərə təzyiq altında guya "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olması barədə izahat almışlar. Laptev Yurii isə təzyiqlərə baxmayaraq Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir.Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən Anatolii Redko iş başında tutulmayıb, onun işləməsi ilə bağlı heç bir sübut yoxdur.Anatolii Redko inzibati orqan tərəfindən Miqrasiya Xidmətinin inzibati binasına dəvət edilib və inzibati binada təzyiq altında ondan izahat verilməsi tələb edilmişdir.Göründüyü kimi qanunvericiliyin tələb etdiyi əsaslardan heç biri olmadığı halda inzibati xəta haqqında iş başlana bilməzdi.X6 Baş idarəsi qanunun 99-cu maddəsinin tələblərini pozmuşdur.Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən izahat alarkən ona müdafiəçinin xidmətlərindən istifadə etmək üçün imkan yaradılmamış, müdafiəçinin iştirakı olmadan, hədə-qorxu ilə izahat yazmağa məcbur etmişlər.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi Azərbaycan Respublikasına dəvət edən şəxs tərəfindən vəkil tutulduqdan sonra isə vəkilin təkidlə israr etməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə icraata buraxılmamışdır. Yuxarıda qeyd edilənlər bir daha sübut edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən sübut edilməmişdir. Şikayətçi yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ukrayna vətəndaşı GA016213 nömrəli pasportun sahibi Redko Anatolii barəsində Miqrasiya Nəzarəti Baş İdarəsinin şöbə rəisi X7 tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, inzibati xəta hadisəsi Sumqayıt şəhər ərazisində törədilmişdir.Belə ki, Anatolii Redkonun yazılı izahatında bildirdiyi, mütəxəssis kimi işlədiyi yer "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 yeri isə ünvan 2 ünvanıdır.O qeyd etmişdir ki, belə olan halda işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz.Belə ki, İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır.Buna görə də, inzibati orqanın nümayəndəsi inzibati iş materiallarının ərazi aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsini məhkəmədən xahih etmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həmin şikayətə inzibati xətanın törədildiyi - "xxxx" MMC-nin hüquqi ünvanının və şikayətçinin yaşadığı yer üzrə baxılmalıdır.Belə ki, inzibati orqan tərəfindən tərtib edilmiş protokolda Anatolii Redkonun "xxxx" MMC-də mütəxəssis kimi işlədiyi qeyd edilmişdir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestr məlumatından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 4inə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X4 vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin şöbə rəisi X7 tərəfindən qəbul edilmiş 10.02.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-594/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-594/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver