Məhkəmə qərarları › İş №3(001)-5945/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5945/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5945/2024 29.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs MMC, AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 3, mənzil 111, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət özünə məxsus «Ford Transit yük» markalı 99JG542 dövlət qeydiyyat nişanlı avtomobilə dair mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon Polis İdarəsinə və hüquqi şəxs Şəxs MMC-yə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-in və Bakı şəhəri Binəqədi rayon X1 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan DİN-in DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC-in mülkiyyətində olan «Ford Transit yük» markalı 99JG542 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2024-cü ildə saat 08:17:00-da Zığ yolu 8 km.Akkordun qarşısı hava Limanı ist. hərəkətdə olarkən mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə (EQ ********) 50 manat cərimə edilmişdir. İşdə olan DİN-in DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC-in mülkiyyətində olan «Ford Transit yük» markalı 99JG542 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2024-cü ildə saat 08:17:02-də hərəkətdə olarkən mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığına görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ödəniş qəbzindən görünür ki, EQ 23569079 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında inzibati cərimə ödənilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta səhadətnaməsinin surətindən görünür ki, «Ford Transit yük» markalı 99JG542 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hüquqi şəxs Şəxs MMC ilə "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixdə icbari sığorta müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinin Qeydinə görə Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır. Beləliklə təsvir olunanlardan görünür ki, hüquqi şəxs Şəxs MMC-in sürücüsü «Ford Transit yük» markalı 99JG542 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığına görə xx.xx.2024-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə EQ 23569079 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında 50 manat cərimə edilmiş, bundan sonra, yəni xx.xx.2024-cü ildə «Ford Transit yük» markalı 99JG542 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı "xxxx" ASC ilə icbari sığorta müqaviləsi bağlamış, eyni zamanda cərimə ödənilmişdir. Bununla belə hüquqi şəxs Şəxs MMC barəsində eyni fakt üzrə inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinin Qeydinə görə şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğundan 11 sentyabr 2024-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar