Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-596/2022 14.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11.11.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "Rabitəbank”ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 99960,61 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 16.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, ödənilən vəsaitin 99960,61 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də, 11.11.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi verdiyi izahatında bildirdi ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin vəsait ödəniş tapşırığına əsasən ölkədən kənara köçürülmüş və müvafiq olaraq mallar ölkəyə idxal edilmişdir. Hüquqi şəxsin maddi çətinlikləri ilə əlaqədar malların gömrük rəsmiləşdiriməsi həyata keçirilə bilməmişdir və bugünədək 77 nəqliyyat vasitəsi ilə idxal olunmuş müxtəlif yüklər gömrük orqanı tərəfindən müvəqqəti saxlanca götürülmüşdür. Əslində ölkəyə həmin mallar artıq idxal edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən inzibati orqan malların saxlancda qalmasını idxal olunma hesab etməmişdir. Lakin buna baxmayaraq artıq həmin malların gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və həmin mallar saxlancdan çıxarılmışdır. Məhkəməyə təqdim edilən gömrük bəyənnamələrini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati orqan Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun izahatını dinləyib, iş materiallarını araşdırıb qanunvericiliyin tələbini rəhbər tutaraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11.11.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Gömrük bəyannaməsinin təsdiq edilmiş surətinə əsasən məlum olur ki, həmin tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və qalan 99960,61 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar artıq ölkəyə idxal olunmuşdur. İş materiallarında olan **********2527 sorğu nömrəli 02.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 5500,80 ABŞ dollarıdır. İş materiallarında olan **********2543 sorğu nömrəli 02.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 5500,80 ABŞ dollarıdır. İş materiallarında olan **********2503 sorğu nömrəli 02.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 5500,80 ABŞ dollarıdır. İş materiallarında olan 02.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 5280 ABŞ dollarıdır. İş materiallarında olan **********2520 sorğu nömrəli 02.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 5500,80 ABŞ dollarıdır. İş materiallarında olan **********6333 sorğu nömrəli 05.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 8160 ABŞ dollarıdır. İş materiallarında olan **********6339 sorğu nömrəli 05.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 5240 ABŞ dollarıdır. İş materiallarında olan **********6318 sorğu nömrəli 05.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 8075 ABŞ dollarıdır. İş materiallarında olan **********6304 sorğu nömrəli 05.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 5880 ABŞ dollarıdır. İş materiallarında olan **********0241 sorğu nömrəli 09.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 6600 ABŞ dollarıdır. İş materiallarında olan **********0248 sorğu nömrəli 09.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 8870,40 ABŞ dollarıdır. İş materiallarında olan **********0260 sorğu nömrəli 09.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 8000 ABŞ dollarıdır. İş materiallarında olan **********3568 sorğu nömrəli 11.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 9300 ABŞ dollarıdır. İş materiallarında olan **********3560 sorğu nömrəli 11.03.2022-ci il gömrük bəyənnaməsinin 22-ci qrafasından görünür ki, malların invoys dəyəri 9398,40 ABŞ dollarıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 28.11.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinəəsasən qabaqcadan ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Beləliklə, yuxarıda qeyd olunan normaların tələblərindən məlum olur ki, inzibati xətanın mövcudluğu o halda baş verir ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd hüquqi şəxs tərəfindən banka təqdim olunmasın. Protokol və digər iş materiallarından isə aydın olur ki, Şəxs MMC Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə pul vəsaiti köçürülmüşdür. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, hüquqi şəxs tərəfindən təsdiqedici sənədin qanunvericiliklə müəyyən olunmuş müddət 2 (iki) il ərzində Banka təqdim edilməməsi halı müəyyən edilmədiyindən onun məsuliyyətə cəlb olunması qanunauyğun deyildir və hazırkı məqamda işüzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, MMC tərəfindən 99960,61 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 16.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür və vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim edilmişdir.Belə ki, iş materiallarında olan Gömrük bəyannamələrinin təsdiq edilmiş surətlərinə əsasən məlum olur ki, həmin tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və qalan 99960,61 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar artıq ölkəyə idxal olunmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 40, 43, 48-53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 11.11.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-596/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-596/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver