Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5968/2020 25.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, X1 barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X2 barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayət verən X2 şikayətində ünvanını ünvan 1 mənzil 13 kimi göstərmişdir, lakin bu faktı təsdiq edən şəxsiyyət vəsiqəsinin surətini iş materiallarına əlavə etməmişdir. Həmçinin şikayət verən X2 tərəfindən ərizə tərtib edilərkən forma və məzmun tələblərinə riayət edilməmiş, məhkəməyə şikayətlə müraciət edilməli olduğu təqdirdə ərizə ilə müraciət edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasının vətandaşı barədə - yalnız Azərbaycan Respublikası vətandaşının şəxsiyyət vəsiqəsi ilə yaşayış yeri müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra yaşayış yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-5968/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5968/2020
25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver