Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6/2025 21.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarına əsasən İXM-in 327.2-ci maddəsilə 80 manat cərimə edilmişdir. Həmin qərarı qanunsuz hesab edir. Belə ki, 21 iyul 2024-cü ildə saat 11 radələrində idarə etdiyi avtomobillə Binəqədi şossesində işıqforda dayanmış, yaşıl işıq yandıqdan sonra hərəkətə başlamışdır. Yolun yarı hissəsinı çatan zaman yolun sağ tərəfindən qırmızı işıqda hərəkət edən Toyota maraklı avtomobil yüksək sürətlə hərəkət edərək idarə etdiyi avtomobili vurmuşdur. Hadisə yerinə polis əməkdaşı gəlmiş, hadisə yerini müayinə etmiş, nəticədə yol-nəqliyyat hadisəsində onu təqsirli hesab etmişdir. Halbuki, təqsir Toyota maraklı avtomobilin sürücüsündə olmuşdur. Qeyd olunanlara əsasən, Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi RPİ-in DYPŞ-yə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Binəqədi RPİ-in DYPŞ-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından görünür ki, “VAZ 21013 minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bililib 80 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 11:00-da “VAZ 21013 minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi şossesində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasını pozmuşdur. Xüsusi texniki vasitə ilə çəkilmiş videofayldan görünür ki, X2 “VAZ 21013 minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi şossesində idarə edərkən svetoforun icazə siqnalı yanan zaman yolayrıcında hərəkəti başa çatdırmaqda olan “Toyota” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək onunla toqquşmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinin V hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. 81-ci maddəsinə görə bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Çünki, həmin qanunla svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Binəqədi RPİ-in DYPŞin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver