Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6003/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23892284 nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23892284 nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23892284 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Həmin qərar qanunsuzdur. Belə ki, xx.xx.2024-cü ildə saat 14:20 radələrində özünə məxsus “X4” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yerinə gələrkən Bakı şəhəri Əhməd Rəcəbli küçəsində avtomobili park yerində saxlamaq istəmişdir. Qarşıda digər avtomobilin park yerindən çıxmaq istədiyini görmüşdür. Həmin avtomobildən arxa tərəfdə yolun hərəkət hissəsində öz avtomobilini qısa müddətdə saxlamışdır ki, avtomobil parklanmadan çıxsın ki, o da avtomobilini onun yerində saxlasın. Həmin vaxt foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə ilə qanunsuz olaraq barəsində Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsilə EQ23892284 nömrəli elektron qərar çıxarılmışdır. Bu qərar tam qanunsuzdur. O, avtomobildə olmuş, avtomobili hərəkət zolağında saxlamaqla qanunu pozmamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23892284 nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polisi İdarəsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23892284 nömrəli qərarından görünür ki, “X4” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X1 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bililib 80 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 14:21:30-da “X4” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Əhməd Rəcəbli küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə durmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 52-ci maddəsinin İ hissəsinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. 81-ci maddəsinə görə bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə görə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. İşin hallarının tam və hərtərəfli araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilmiş, sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutlar tələb edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə saat 14:21:30-dan 14:23:43-dək xüsusi texniki vasitə ilə bir neçə dəqiqə ərzində Bakı şəhəri Əhməd Rəcəbli küçəsində çəkilmiş fotoşəkillərdən görünür ki, “X4” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X2 xx.xx.2024-cü ildə “X4” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Əhməd Rəcəbli küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə bir neçə dəqiqə ərzində durmuşdur. Həmin ərəfədə digər avtomobilin park yerindən çıxmaq istədiyi müşahidə olunmur. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Çünki, həmin qanunla yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağan olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23892284 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23892284 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6003/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6003/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver