Məhkəmə qərarları › İş №3(001)-601/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-601/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-601/2023 09.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, X1 barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikası Dövlət X2 Nəzarəti Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə X3 nümayəndəsi və vəkili (fərdi qaydada fəaliyyət göstərən vəkil) Nümayəndə verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X3 nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayət və ona əlavə olunmuş sənədlərdən inzibati xətanın törədildiyi yeri müəyyən etmək qeyri-mümkündür. Eyni zamanda şikayətin inzibati tənbeh vermə haqqında qərar verən orqanın ünvanı üzrə göndərilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermə qaydasını fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydalara əsasən veriləməlidir. Azərbaycan Respublikasının İXM-nin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını həll etməlidir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X4 barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xədməti tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X4 barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xədməti tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə verdiyi şikayət geri qaytarılsın. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar