Məhkəmə qərarları › İş №3(001)-603/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-603/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-603/2023 09.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs MMC-in Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə X1 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş X2 protokolun icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına X1 Xidməti Bakı şəhər İdarəsinin 02 fevral 2023-cü il tarixli müşayiətedici məktubu ilə Şəxs MMC-in Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 07 dekabr 2022-ci il tarixli MN seriyalı ******* №-li X2 Protokol daxil olmuşdur. X2 protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)- 3980/2022 saylı qərardadından görünür ki, Şəxs MMC-in Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 07 dekabr 2022-ci il tarixli MN seriyalı ******* №-li X2 Protokol inzibati xətanın törədirildiyi yer və vaxt qeyd edilmədiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1 və 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti X2 protokolda göstərilməlidir. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:... X2 protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;.... Eyni Məcəllənin 109.1-ci və 109.1.6-cı maddələrinə əsasən X2 işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:...protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;... Göründüyü kimi protokol düzgün tərtib olunmadıqda nöqsanların aradan qaldırılması üçün geri qaytarılır. Mövcud halda isə X1 Xidməti Bakı şəhər İdarəsi Şəxs MMC-in Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 07 dekabr 2022-ci il tarixli MN seriyalı ******* №-li X2 Protokolu nöqsanları aradan qaldırmadan olduğu kimi təkrarən məhkəməyə göndərmişdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-3980/2022 saylı qərardadı sözügedən X2 protokola nöqsanları aradan qaldırmadan olduğu kimi baxılmasını istisna edir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilmə yerinin sığorta fəaliyyəti ilə məşğul olan müxtəlif şirkətlərin olduğu yer ilə müəyyən edilməsi duzgün deyil, həmin inzibati xəta hərəkətsizlik formasında törədildiyi üçün inzibati xətanın törədilmə yeri hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yerdir (hüquqi şəxsin olduğu yer). Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, X2 Protokol düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:... X2 protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;.... Eyni Məcəllənin 109.1-ci və 109.1.6-cı maddələrinə əsasən X2 işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:...protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;... İşin təsvir edilmiş hallarını və sadalanmış hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X2 protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir və bu səbəbdən onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I M: Şəxs MMC-in Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə X1 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş 07 dekabr 2022-ci il tarixli MN seriyalı ******* №-li X2 Protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar