Məhkəmə qərarları › İş №3(001)-606/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-606/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-606/2023 23.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Binəqədi şossesi, ev 12, VÖEN ********** Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 496.1-ci maddəsi ilə tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs ünvanına İran İslam Respublikasından 14AA289/14AA290 və 44AA583/44AA584 nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş mallar xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin həmin müddətədək Şəxs tərəfindən malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi təmin edilməmişdir. Ona görə də Şəxs barəsində İXM-in 496.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, protokolla razı deyil, protokol İXM-nin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki protokolun tərtib edilməsindən xəbərləri olmamış, bununla bağlı nə xəbərdarlıq, nə də bildiriş göndərilməmiş, hansı mallarla bağlı cərimə edildiyindən xəbərləri olmamış, araşdırma aparılıb hansı malla bağlı gecikmə olduğunu və protokol tərtib edildiyi araşdırılmalıdır. Qeyd etdiklərinin nəzərə alınaraq, başlanmış inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Daha sonra ona Şəxs nümayəndəsi X5 məhkəməyədək araşdırma dövründə verdiyi xx.xx.2023-cü il tarixli izahatı nümayəndə Anar Quliyevə təqdim edilmiş, nümayəndə qeyd edilən izahatla tanış olduqdan sonra işlə tam tanış olmadığı üçün belə bir izahat verdiyini bildirərmiş və cəmiyyət barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki Şəxs İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan Gömrük Xidmətinin “VAİS” informasiya resursundan çıxarışdan görünür ki, Şəxs ünvanına göndərilmiş, **********8551 və **********8574 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, **********8551 və **********8574 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanına İran İslam Respublikasından gələn mallara dair gömrük bəyannaməsi verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə Şəxs ünvanına İran İslam Respublikasından daxil olmuş, **********8551 və **********8574 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş döşəmə üçün keramikadan minalanmış üzlük lövhəcikləri yükünə baxış keçirilmiş və baxış zamanı qeyd edilən malların toxunulmadan saxlanıldığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X5 məhkəməyədək araşdırma dövründə verdiyi izahatında bildirmişdir ki, Şəxs ünvanına İran İslam Respublikasından daxil olmuş mallar **********8551 və **********8574 orğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək (4 ay) müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş, sözügedən mallar Bakı şəhəri Binəqədi rayon Binəqədi şossesi 2-ci küçə 20 ünvanında yerləşən Şəxs MMC-nin anbarında toxunulmadan saxlanılır və tezliklə malları qanunamüvafiq qaydada rəsmiləşdirmək niyyətindədirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, işdə olan hüquqi şəxsin nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 496.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar