Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6076/2025 27.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi RPİ-in 43cü Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında, «cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2025-ci il tarixli qərar əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin polis sahə rəisi, polis mayoru X4 protokolların məzmuna uyğun çıxış edərək bildirmişdir ki, vətəndaş X3 xx.xx.2025-ci il tarixdə DİN-nin “102” xidmətinə eyni zamanda Binəqədi RPİ-nin 43-cü PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, qaynı Şəxs bağ üstündə gedən mübahisə zamanı Novxanı bağlarında yerləşən bağ evində olan vaxt onu və ailə üzvlərini öldürməklə hədələmişdir. Bundan başqa vətəndaş X1 RPİ-nin 43-cü PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Novxanı bağlarında yerləşən bağ evində olan zaman qohumu Rüfət adlı şəxs içkili vəziyyətdə söz mübahisəsi yaradaraq orada olan stulu götürüb evin pəncərəsini sındırmış, eləcə də, bıçaqla üzərlərinə hücum çəkilmişdir. Hadisə ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həmin faktlar üzrə əməldə cinayət tərkibi yoxdur və xx.xx.2025-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157.1 və 232-1 maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, onun ad günü ilə bağlı məclisdə olan zaman içkili olmuş və ailə üzvləri ilə aralarında mübahisə baş vermişdir. O, mübahisə zamanı heç kimi döymədiyini, sadəcə stulu götürərək evin pəncərəsini sındırdığını bildirmişdir. O, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollarla razı olmadığını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157.1 və 232-1-ci maddələri ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 1044 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş P.İ.Paşayevdə aşkar edilmiş xəsarətlər – sağ əlin V barmağının orta-dırnaq falanqalararası oynağının iç səthinin cızığı iti uclu əşya (alət) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən itit uclu əşya (alət) ilə, ola bilsin bıçaq tərəfindən yetirilmə nəticəsində əmələ gələ bilərdi və sağlamlığına zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmur. xx.xx.2025-ci il tarixli, AZA ******* nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin gün saat 10:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli,MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Novxanı bağlarında X10 ilə aralarında münasibətlər pozulması zəmnində baş vermiş münaqişə zamanı onu döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X7 qarşı zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin şikayəti və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların birbiri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-6076/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6076/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver