Məhkəmə qərarları › İş №3(001)-610/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-610/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-610/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə X1 barəsində tərtib olunmuş 02 yanvar 2025-ci il tarixli, İXP ******* saylı “inzibati xəta haqqında protokol”dan şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 barəsində tərtib olunmuş 02 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol”dan şikayətlə məhkəməyə müraciət etmişdir. Tərtib edilmiş həmin protokola əsasən, X2 idarə etdiyi “VGV U70 Pro” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Məmmədcəfər Cəfərov 1a ünvanında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qaydaları əleyhinə inzibati xətanı törətmişdir. Şikayət məhkəmənin icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, Məmmədcəfər Cəfərov 1a küçəsi Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşir. Məhkəmə hesab edir ki, iş materialları baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 129.1.3cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə göndərilməsi barədə qərardad çıxarılır. İXM-nin 132.2-ci maddəsinə uyğun olaraq şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsaslanaraq, habelə İXM-nin 114.3-cü və 132.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X2 tərəfindən Bakı şəhər X4 İdarəsinin 02 yanvar 2025-ci il tarixli, İXP ******* saylı “inzibati xəta haqqında protokol”undan verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün iş materialları ilə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar