Məhkəmə qərarları › İş №3(001)-6109/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6109/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6109/2024 16.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin sahə rəisi, polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) X2 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonu, Maralyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi işlə məşğul olan, subay, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 15.20 radələrində polis əməkdaşları tərəfindən saxlanması vacib olan ** DP *** dövlət qeydiyyat nişanlı KİA markalı avtomaşını müşahidə edərkən, o, qəsdən idarə etdiyi ** OO *** dövlət qeydiyyat nişanlı avtomobillə polis əməkdaşının müşahidəsinin qarşısını alaraq polis əməkdaşının idarə etdiyi avtomaşının qarşısına keçib onlarla yüksək səslə danışaraq digər avtomobillərin sərbəst hərəkətinə süni tıxac yaradaraq qanunsuz hərəkətlərini davam etdirmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-ci polis bölməsinin sahə rəisi, polis mayoru X10 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X11 tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 15.20 radələrində polis əməkdaşları tərəfindən saxlanması vacib olan ** DP *** dövlət qeydiyyat nişanlı KİA markalı avtomaşını müşahidə edərkən, o, qəsdən idarə etdiyi ** OO *** dövlət qeydiyyat nişanlı avtomobillə polis əməkdaşının müşahidəsinin qarşısını alaraq polis əməkdaşının idarə etdiyi avtomaşının qarşısına keçib onlarla yüksək səslə danışaraq digər avtomobillərin sərbəst hərəkətinə süni tıxac yaradaraq qanunsuz hərəkətlərini davam etdirmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, yuxarıda göstərilənləri nəzərə alaraq həmin şəxsin inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-ci il tarixdə Yol Patrul Xidmətinin onun barəsində dedikləri həqiqətə uyğun deyildir. Belə ki, o, polis əməkdaşlarının qarşısını bilərəkdən kəsməmiş, polis əməkdaşı onu təhqir etdiyi üçün polis maşının qarşısını kəsərək ona etirazını bildirmiş, sadəcə məsələyə aydınlıq gətirmək istəmişdir.Beləliklə, barəsində tərtib edilmiş protokolla razı deyildir.O, protokol əsassız olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçisi X4 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs dedikləri xüsusatları təsdiqləyərək əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 bildirmişdir ki, o, Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Xüsusi taqımı yol patrul xidməti inspektorudur.O və digər polis əməkdaşı başqa maşını müşahidə etdikləri zaman Şəxs onlara qəsdən maneçilik törətmiş, daha sonra onların maşınının qarşısını kəsərək süni tıxac yaratmış və digər maşınların hərəkətinə maneçilik törətmişdir.Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün onu Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə dəvət etmişdirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini, müdafiəçinin çıxışını, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyərək, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cəzalandırılmalı, AR İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta tərkibi olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur.Lakin hazırki vəziyyətdə məhkəmə iş materiallarını tədqiq edərkən və video görüntüyə əsasən məlum olur ki, Şəxs həmin hərəkətləri ictimai yerdə törətsə də, onun tərəfindən ictimai qaydanın pozulması aşkar edilməmişdir.Belə ki, onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinə rast gəlinmir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hal kimi il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi tam sübuta yetirilmişdir.Belə ki, tərəflərin izahatların və iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 15.20 radələrində polis əməkdaşları tərəfindən saxlanması vacib olan ** DP *** dövlət qeydiyyat nişanlı KİA markalı avtomaşını müşahidə edərkən, o qəsdən idarə etdiyi ** OO *** dövlət qeydiyyat nişanlı avtomobillə polis əməkdaşının müşahidəsinin qarşısını alaraq polis əməkdaşının idarə etdiyi avtomaşına yaxınlaşıb onlarla sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs hərəkətlərində iş materiallarına və hadisəni əks etdirən video görüntülərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinə rast gəlinmədiyindən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minumum həddə həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 8 (səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta tərkibi olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs həbs edilməsinin əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. X1 məhkəmə baxışı zamanı hüquqi 5 (beş) saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2 X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rayev AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ AZ1116 Bakı şəhəri,Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 4 E İş № 3(001)-6109/2024 16 oktyabr 2024-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)-6109/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərarına əsasən inzibati qaydada həbs olunmuş Şəxs saxlanılması üçün Sizə göndərilir. Qoşma: 1. Qərar -_____ vərəqdə

2. Şəxsiyyəti təsdiq edən sənədin surəti

Hakim: Abbas Rzayev AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ AZ 1116 Bakı şəhəri, Binəqədi rayonu 7 mikrorayon, Abay Kunanbayev küçəsi, 4 E

3(001)-6109/2024. 16 oktyabr 2024-cü il.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Hüquqi Yardım və Tədris Mərkəzinə (qəElektron ünvan )

(məlumat üçün) X5 Bakı şəhəri 11 saylı Vəkil Bürosuna

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 3(001)- 6109/2024 nömrəli hökmünün surəti vəkil puluna dair hissədə icra edilməsi üçün birinci ünvana, məlumat üçün ikinci ünvana göndərilir.

Qoşma: Hökmün surəti ___ vərəqdə.

Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar