Məhkəmə qərarları › İş №3(001)-6127/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6127/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6127/2025 01.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin qərarlarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 məhkəməyə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin qərarları ilə ona tətbiq edilmiş cərimələrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Birincisi ona görə ki, şikayət verənin yaşayış yeri Hacıqabul rayonu, Padar qəsəbəsidir. Şikayət verən hazırda Binəqədi rayonu ərazisində yaşadığını qeyd etsə də, lakin yaşayış yerinin Binəqədi rayonu ərazisi olmasını təsdiq edən hər hansı sübutu şikayətinə əlavə etməməklə yanaşı, şikayətə məhz yaşadığı yer üzrə baxılması barədə də vəsatət təqdim etməmişdir. İkincisi, inzibati xətaların törədildiyi yerlər də bir neçə müxtəlif rayonların ərazisini əhatə etsə də hazırki şikayətə məhz Binəqədi rayonu ərazisində törədilmiş inzibati xətaya görə Binəqədi Rayon Məhkəməsində baxılması barədə vəsatət də şikayətə əlavə olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanları ümumiləşdirsək, yuxarıdakı əsaslara görə hazırki şikayət geri qaytarılmalı və şikayət verənə izah edilməlidir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132 maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin qərarlarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İzah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edilə bilər. Hakim Elçin Ağayev “Düzdür”: Hakim: Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar