Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6137/2024 17.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən etdim ki, qeyd edilən işə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Buna görə də xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5118/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121.5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin iddiaçı Hacıyeva Hicran Asif qızına təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuşdur. Dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaiti "xxxx" MTK-dan tutularaq Hacıyeva Hicran Asif qızına ödənilməlidir. İş üzrə icraata xx.xx.2024-cü il tarixli qərarla başlanılmışdır. İnzibati xəta haqqında iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, iş materiallarında olan aktda icra sənədi üzrə borclu "xxxx" MTK-nın rəhbəri Şəxs icra şöbəsinə dəvət edilmiş, lakin o şöbəyə gəlməmiş, daha sonra hüquqi şəxsin nümayəndəsi ilə əlaqə saxlanıldığı və onun xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət edildiyi, lakin həmin tarixdə gəlmədiyi və icra sənədinin tələblərini icra etməkdən qəsdən yayınması qeyd edilmişdir. İcra şöbəsinin çağırışına gəlməkdən yayındığı üçün onun barəsində məcburi gətirmə haqqında qərar qəbul edilməmiş, bu barədə qərar iş materiallarına əlavə edilməmişdir. Bundan başqa səlahiyyətli orqan tərəfindən icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə başlandıqdan sonra borclu "xxxx" MTK-nın, eləcə də faktiki rəhbəri Şəxs barəsində heç bir məcburi icra tədbirləri həyata keçirilməmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən borclu barəsində yalnız borclunun rəhbərinin icra şöbəsinə telefonla dəvət edilməsindən başqa heç bir məcburi icra tədbirləri görülmədən, borclu hüquqi şəxsin vəzifəli şəxsi barəsində əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, eyni məzmunlu inzibati xəta haqqında protokol məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(001)-5158/2024 saylı qərardadı ilə sadalanan əsaslarla geri qaytarılmış, lakin qərardadda göstərilən çatışmazlıqlar aradan qaldırılmadan eyni sənədlər əlavə edilməklə yeni inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Yalnız xx.xx.2024-cü il tarixli aktla inşa edilən yaşayış binasında 3 otaqlı yaşayış sahəsinin aşkar edilməməsi göstərilmişdir ki, həmin aktın tərtib edilməsi Şəxs barəsində məcburi icra tədbiri tətbiq edilməsi mənasına gəlmir, qərardadda göstərilən çatışmazların aradan qaldırılması istiqamətində isə hər hansı bir tədbir görülməmişdir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6137/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6137/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver