Məhkəmə qərarları › İş №3(001)-6162/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6162/2020

22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6162/2020 22.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Bakı şəhər Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsalandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə Badamdar şosesində ona məxsus “Hyundai Sonata” markalı avtomobil ilə hərəkət edərkən saat 10:43-də YPX əməkdaşı onu saxlamış və Bakı şəhəri BPİ YPİ YPXA-nın inspektoru polis kiçik serjantı X3 tərəfindən barəsində İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş, Svetoforun və ya nizamlayıcının, qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmə" halına yol verdiyi qeyd edilmişdir. Protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamışdır. Etiraz etməsinin səbəbi isə onun svetoforun qadağanedici işığında hərəkət etməməsi olmuşdur. İdarə etdiyi avtomobildə dostları Ramin ve Kərim də həmin hadisənin şahidi olmuşlar. Daha sonra o, inspektordan inzibati xətanın aşkar edilməsi üçün polis əməkdaşından görüntü tələb etmiş, inspektor isə ona görüntünün olmadığını bildirdiyi halda şəxsi istifadəsində olan mobil telefonundakı mənşəyi bilinməyən videodakı naməlum avtomobilin, yan tərəfdən görüntüsünü göstərərək həmin görüntü əsasında təqsirli olduğunun aşkarlandığını bildirmişdir. Natamam telefon görüntüsündə, nə avtomobilin markası və qeydiyyat nişanı, nə də ki, sürücünün kimliyi müəyyən edilmir. O, protokolun qanunsuz olduğunu, yanlış yazıldığını bildirərək silinməsini tələb etsə də, inspektor artıq cərimə yazdığını və silə bilməyəcəyini bildirmişdir. Baş Dövlət X7 protokolla bağlı etirazını bildirmiş və onun şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə iştirakı belə olmadan baxılmış, öz versiyalarını sübuta yetirmədən barəsində 60 manat və 3 bal cərimə edilməsi haqqında qərar qəbul olunmuşdur. Qanunvericiliyə əsasən inzibati cərimə, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan tərəfindən təyin edilən və təqsirkar şəxsdən, dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsir sübut olunmalıdır. Onun isə təqsirli olmasına dair sübut yoxdur. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhər Dövlət X8 tərəfindən düzgün araşdırma aparılmamış, eləcə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan şikayət versə də, onun iştirakı olmadan araşdırma aparılaraq polis əməkdaşının ona göstərdiyi video əsas götürülərək barəsində qərar qəbul edilmişdir. Hesab edir ki, onun təqsirli olması üçün sübut olmalıdır. Lakin polis əməkdaşı tərəfindən ona bu barədə heç bir sübut təqdim edilməmiş və guya onun avtomobili olması qeyd edilən hansı bir görüntü təqdim edilmişdir. Barəsində protokol tərtib edilən zaman video ilə bağlı narazılığını bildirib həmin görüntüdəki avtomobilin və sürücünün onun olmadığını bildirsə də polis əməkdaşı artıq protokol tərtib etdiyindən gec olduğunu bildirmişdir. Buradan isə görünür ki, polis əməkdaşı da onun xəta törətmədiyini qəbul edir, artıq cərimə yazdığından bunu dilə gətirməmişdir. Ona görə də, onun iştirakı olmadan qanunsuz olaraq inzibati tənbeh edilməsinə dair Bakı şəhər Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Badamdar şosesi ərazisində “Hyundai Sonata” markalı ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhər Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Dövlət X8 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, X1 şikayəti üzrə onun iştirakı olmadan hazırda mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğulara Bakı şəhər Dövlət X8 heç bir cavab verməmiş, inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş inzibati xəta ilə bağlı qeydə alındığı göstərilən görüntüləri məhkəməyə göndərməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X2 iş materialları ilə lazımi qaydada tanış etməmiş və hadisənin görüntülərini əks etdirən tutarlı sübuta istinad etməmiş, bir sözlə səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhər Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar