Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-619/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1962-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X3 izahat verərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixli qərarla Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-8778/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü qaydada icrası haqqında bildiriş göndərilmişdir. Borclu Şəxs bildirişi xx.xx.2018-ci il tarixdə imza etməklə qəbul etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-8778/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10000 (on min) manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə hesablanmış 500 manat faiz və 30 manat dövlət rüsumu olmaqla, cəmi 10530 manat məbləğində pul vəsaitinin iddiaçı X4 xeyrinə və Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-4366/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1650 (bir min altı yüz əlli) manat məbləğində pulun iddiaçı X2 xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 8(001)- 311/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(004)-8778/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icra edilməsi məqsədilə cavabdeh Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra Bakı şəhər Yasamal rayon Məhkəməsinin 8(001)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(004)-4366/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməsi məqsədilə cavabdeh Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə Yasamal rayon Məhkəməsinin 3(004)-2211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-8778/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(004)- 4366/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə 1300 manat borcunun olduğunu qəbul etdiyini, iki uşağının olduğunu, işləmədiyini, tələbin yönələ biləcəyi hər hansı əmlakının olmadığını, borcunu mart ayında tam ödəyəcəyini bildirmişdir. Belə ki, Şəxs Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-8778/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə X6 5000 (beş min) manat və Yasamal rayon Məhkəməsinin 2(004)-4366/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X5 1650 (bir min altı yüz əlli) manat borcunu hələ də ödəməməsi səbəbindən tələbkarlar X8 və X7 borclu Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini xahiş etmişlər. Bu səbəbdən də, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs əmlakına yönəldilə biləcək hər hansı bir əmək haqqı, pensiyası və sair gəliri yoxdur. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, hal-hazırda heç bir yerdə işləmədiyinə görə borcundan hər hansı ödəniş edə bilmədiyini, fevral ayının sonunda 500 manat, qalan məbləği isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 çıxış edərək, Şəxs ona hissə hissə 350 manat vəsait ödədiyini, geri qalan 1300 manat vəsaiti ödəmədiyini, həmin vəsaiti dəfələrlə tələb etməsinə baxmayaraq onun pulunu qəsdən ödəmədiyini, bu səbəbdən də inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində Yasamal rayon Məhkəməsinin 2(004)-8778/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Borclu Şəxs xx.xx.2018-ci il tarixdə tələbin könüllü icrası barədə bildirişi imza etməklə qəbul etmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli, xx/xx-85869/20 nömrəli bildirişindən görünür ki, icra sənədində göstəriln tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-8778/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10000 (on min) manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə hesablanmış 500 manat faiz və 30 manat dövlət rüsumu olmaqla, cəmi 10530 manat məbləğində pul vəsaitinin iddiaçı X4 xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-4366/2021 saylı, 14 iyul 2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 1650 (bir min altı yüz əlli) manat məbləğində pulun iddiaçı X2 xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 8(001)-311/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı həmin məhkəmənin 2(004)-8778/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icra edilməsi məqsədilə cavabdeh Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 8(001)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(004)-4366/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməsi məqsədilə cavabdeh Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 3(004)-2211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru İlyas Məmmədovun xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 8778/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(004)-4366/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, borclu Şəxs adına borcunun əmlakına yönəldilə biləcək hər hansı bir əmək haqqı, pensiyası və sair gəliri yoxdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-8778/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə X6 5000 (beş min) manat və Yasamal rayon Məhkəməsinin 2(004)-4366/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X5 1650 (bir min altı yüz əlli) manat məbləğində borcunu ödəməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-8778/2016 saylı, xx.xx.2016-cı il tarixli və 14 iyul 2021-ci il tarixli, 2(001)-4366/2021 saylı icra sənədləri üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və səbəb kimi isə hazırda işləmədiyini, maddi imkanına görə ödəyə bilmədiyini bildirmişdir. Lakin, məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın isə olmamasını, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-619/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-619/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver